Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NEFT BAHALAŞIR –Buna sevinək, ya yox? – TƏHLİL

 

neft-cin

Yenixeber.org: Neft bazarı 2018-ci ildə uğurlu “qaçış” ilə 2,5 illik maksimuma çatıb: “Bloomberq”in verdiyi məlumata görə, ötən cümə axşamı Londonda “Brent” markalı neftin barrelinin qiyməti mayın əvvəlindən etibarən ilk dəfə 68 ABŞ dollarını keçib. Amerika etalonu WTI 3,9% bahalanaraq 62,21 dollar/ barrel səviyyəsinə çatıb.

Neft bahalanır. Buna sevinək, ya yox?

Azərbaycanın Azeri Ltı CIF nefti yeni bir rekord göstərib. Dünya bazarında onun qiyməti 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollara çatıb. Azeri LT CIF-in minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti 2008-ci ilin iyulunda (149,66 dollar) olub.

Xatırladaq ki, Azərbaycanda bu ilin büdcəsində neftin qiyməti bir barrel üçün 45 dollar səviyyəsində götürülüb. Xəzinənin gəlirləri 20,127 milyard manat, xərcləri 21,047 milyard manat proqnozlaşdırılır.

Yuxarıdakı statistik məlumatlardan da göründüyü kimi, bu gün dünya bazarlarında real neft qiymətləri büdcədə nəzərdə tutulan proqnoz göstəricisini xeyli üstələyir və belə bir müsbət dinamika ölkəyə xarici valyuta mədaxilinin nəzərəçarpacaq dərəcədə artmasını və xəzinədəki kəsirin azalmasını vəd edir.

Əlbəttə, büdcənin, real iqtisadiyyata sərmayələrin artması, inflyasiyanın azaldılması, milli valyutanın bahalanması perspektivləri ürəkaçandır. Ancaq bu gözləntilər nə dərəcədə əsaslıdır, neftin qiyməti bu səviyyədə nə qədər davam edəcək, hansı amillər bu “uçuşa” mənfi təsir edir?

Müstəqil analitiklər proqnozlarında olduqca ehtiyatlıdırlar. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bazarda gələcək prosesləri müşahidə etməyi məsləhət görür.“Neftin qiyməti 70 dollardan yuxarı qalxacaqmı? Bunu demək çətindir. Məlum deyil, ABŞ bu yüksək qiymətlərə necə reaksiya verəcək və bu, okeanın o tayında hasilatın artım tempinə necə təsir göstərəcək? Bazar iştirakçıları da bunu gözləyir. OPEK+-a gəlincə, məncə, onların əksəriyyətini, o cümlədən Azərbaycanı 60-70 dollar səviyyəsi tam qane edir. Amma burada siyasi məqamlar da var”,  deyə ekspert bildirib.

Mövzunu davam etdirən iqtisadçı Natiq Cəfərli qeyd edib ki, milli səviyyədə “qara qızıl”ın qiymətlərinin artması müsbət hadisədir. Ölkənin büdcəsinə xarici valyuta mədaxili artmaqdadır, bu da yeni investisiya layihələrinin həyata keçirilməsi üçün imkanlar açır.

“Neftin bir barrelinin bir dollar artması Azərbaycana əlavə olaraq 400 min dollar gətirir. Ötən il neftin orta qiyməti 50 dollar olub. Bu gün bu rəqəm 70 dollardan çoxdur. Fərq 20 dollardır. Bu, 8 milyon dollar əlavə mənfəət deməkdir və əlbəttə, yaxşıdır. Ancaq bu qiymət artımı nə qədər davam edəcək? Dünya bazarı bir neçə gün və bir neçə ay ərzində özünü necə aparacaq?” – deyə Cəfərli sual verir.

Ekspertin sözlərinə görə, neftin indiki qiymətlərinə səbəb OPEC+ ölkələrinin 2018-ci ilin sonunadək istehsalın azalmasına dair müqavilənin uzadılması barədə razılığa gəlməsi deyil. Bu prosesin arxasında dünyanın siyasi hadisələri dayanır.İranda kütləvi iğtişaşlar, Şimali İraq və Suriyadakı hərbi əməliyyatlar, Yəmənə raket hücumları, boru kəməri partlayışları fonunda neftin qiymətləri özünü “əsəbi” aparır.

Neft qiymətlərini artırmaq üçün iqtisadi əsas olmalıdır: istehsalın azalması, enerji daşıyıcılarına tələbatının artması. Bu gün bu sahələrdə heç bir dəyişiklik yoxdur. Buna görə dünya bazarlarında qiymətlərin indiki səviyyələrdə uzun müddət qalacağı ehtimalı azdır.

“Hesab edirəm ki, tezliklə neftin qiymətləri düşəcək. Fevral-mart aylarında neftin qiymətləri bir barrel üçün 50 dollara düşə bilər. Milli iqtisadiyyata təsir etmək üçün belə bir qiymət uzunmüddətli olmalıdır ki, gələcək iqtisadi proqramların prioritetlərinə dəyişiklik edilsin. Bu vəziyyətdə yeganə müsbət məqam ölkənin valyuta ehtiyatlarının artmasıdır. Amma Azərbaycanda mənfi bir təcrübə yaranıb: xarici valyuta gəlirlərinin artması ilə hökumətimizin iştahı artır, büdcə xərcləri çoxalır, bu da inflyasiyanın sürətlənməsinə və istehlak bazarında qiymət artımına gətirib çıxarır. Böyük ehtimalla, bu proseslər 2018-ci ildə davam edəcək”, – deyə Cəfərli proqnozlaşdırır.

Turan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam