Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda yaşayan ermənilərin sayı açıqlanıb

Azərbaycanda yaşayan ermənilərin sayı açıqlanıb

 

AMEA Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə elmi seminar keçirilib

 

Yenixeber.org: Seminarda institutun İnsan coğrafiyası şöbəsinin rəhbəri Zakir Eminov “Müstəqillik illərinin əsas nailiyyətləri: iqtisadi-coğrafi və demoqrafik aspektlər” mövzusunda məruzə edib.

O bildirib ki, son 20-25 il ərzində respublikada sosial-iqtisadi dəyişikliklərin baş verməsi demoqrafik proseslərə öz təsirini göstərib, təbii artım göstəriciləri aşağı düşüb, ölüm yüksəlib:  “Hazırda demoqrafik göstəricilərdə sabitləşmə müşahidə edilir. Demoqrafik göstəricilərin nizamlanması üçün daha fəal demoqrafik siyasətin həyata keçirilməsinə, analara və uşaqlara göstərilən dövlət qayğısının artırılmasına böyük ehtiyac var”.

Alim qeyd edib ki, 1990-1995-ci illərdə Rusiyaya MDB və Baltikyanı ölkələrdən köç edənlər 39,9%, Azərbaycandan bu ölkələrə miqrasiya edənlər isə 61,6%  təşkil edib: “Son dövrlərdə isə ölkədən Rusiyaya gedənlərin sayı xeyli azalıb. Hazırda Bakıda yaşayan rusların sayı 120 min, respublikada isə 140 mindir. Ermənilər isə Bakıda 20 min, ölkədə isə 120 min nəfər təşkil edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam