Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Coğrafiya İnstitutunda yığıncaq keçirilib

AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda bəzi şöbə müdirləri ilə müqavilə vaxtının bitməsi və çalışma müddətinin uzadılması ilə əlaqədar yığıncaq keçirilib

 

Yenixeber.org: İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İnstitut direktoru, akademik Ramiz Məmmədov şöbə müdirlərinə “Gələn 5 il müddətində şöbənin fəaliyyətini necə görürsünüz?” sualı ilə müraciət edib. 

Onlar öz növbəsində qarşıdan gələn müddətdə aparacaqları elmi-tədqiqat işlərinin hansı metodlarla yerinə yetirilməsi, çöl tədqiqat işlərinin təşkili, xəritələrin tərtibi, elmi işçilərin potensialından istifadə və s. kimi məsələlərə aydınlıq gətiriblər.

Bildirilib ki, coğrafiyanın müxtəlif sahələrinin informatika bazasının yaradılması, uzun illərin fundamental tədqiqatlarının nəticələrinin bank sistemində birləşdirilməsi və gələcəkdə düzgün proqnoz verilməsində onlardan istifadə, müxtəlif sahələrdə rəqəmsal xəritələrin yaradılması, elektron kitabxana işinin başa çatdırılması qarşıda duran prioritet məsələlərdəndir. Eləcə də siyasi coğrafiyanın inkişafı, istehsalın ərazi təşkilində inkişaf dinamikasının ayrı-ayrı illər üzrə müəyyənləşdirilməsi, sinoptikanın, tətbiqi iqlimşünaslığın inkişafı, aqroiqlim rayonlaşdırılmışının yenilənməsi, iqlim dəyişmələrinin tibbi-coğrafi istiqaməti, landşaftların ərazi vahidlərinə görə qiymətləndirilməsi, şəhərlərdə landşaft planlaşdırılması işinin davamı, kənd əhalisinin demoqrafik inkişafı, 2019-cu il əhalinin siyahıya alınmasından sonra nəticələr əsasında Azərbaycan əhalisinin məskunlaşma xəritəsinin tərtibi, səth suları ehtiyatlarının yeni metodlarla qiymətləndirilməsi, və s. məsələlər də öz həllini gözləyir.

Ramiz Məmmədov elmi tədqiqat işlərini yerinə yetirərkən yeni metodlardan istifadəni, elmi əsaslı qiymətləndirmə aparmağı, elmi nəticələrin müqayisəli təhlilini aparmağı, çöl tədqiqatlarına geniş yer ayırmağı, müştərək beynəlxalq əməkdaşlığı genişləndirməyi, sosial iqtisadi tədqiqatlara üstünlük verilməsini tövsiyə edib.

Akademik həmçinin, elmi məqalələrin uyğun nəşrlərdə çapını, tədqiqat işlərinin gedişı və nəticələri haqqında kütləvi informasiya vasitələrinin məlumatlandırılmasını da vacib hesab edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam