Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ziyalılar İlham Əliyevə müraciət etdi

 

 

    125-lər siyasi klubunun təşəbbüsü ilə bir qrup ziyalı prezident İlham Əliyevə müraciət ediblər.
"xeberinfo.com": Müraciətdə deyilir: 
      “Hörmətli cənab Prezident!
    Ölkəmizdə baş verən müsbət hadisələr bizi sevindirdiyi kimi, xalqımız və dövlətçiliyimiz üçün yaranan neqativ hallar da bizi məyus edir.
     Son illər ictimai-siyasi hadisələr fonunda həbs olunmuş bir sıra insanlar var ki, onların azadlıqdan məhrum edilməsi və ya barələrində məhkəmə işinin aparılması Azərbaycan cəmiyyətini, o cümlədən, bizləri də ciddi narahat edir. Həmçinin ölkəmizin beynəlxalq aləmdə yerinə və imicinə təsir göstərməklə daha ciddi problemlərimizin həllinə maneçilik törədir.
    Hörmətli cənab Prezident! 
   Bu müraciətimizlə səmimi niyyətimizi bəyan edərək, vətəndaş həmrəyliyi, dialoq və barış, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə, xahiş edirik ki, konstitusiyanın Sizə verdiyi səlahiyyətlərdən istifadə edib, həbsdə olan ictimai-siyasi fəalları azad edəsiniz. 
Ölkəmizin, xalqımızın mənafeyinə xidmət edən bu təşəbbüsə dəstək verəcəyinizə inanırıq.
Hörmətlə,
Elçin Şıxlı
Arif Əliyev
Rauf Arifoğlu
İlqar İbrahimoğlu
Seyran Səxavət
Həmid Herisçi
Fazil Mustafa
İqbal Ağazadə
İlyas İsmayılov
Üzeyir Cəfərli
İlhamiyyə Rza
Etimad Əsədov
Aysel Əlizadə
Xalisə Şahverdi
Anar Qasımlı
Günel Səfərova
Ramin Hacılı
Tamilla Qulami

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam