Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Başçı və "Relax" 8 kəndi qazsız qoydu - FOTO

 

Lerik rayonu Vizəzəmin ərazi vahidliyinin 700 sakini tərəfindən prezident İlham Əliyevə ünvanladığı müraciət Lerik rayon İcra Hakimiyyəti tərəfindən təmin olunmayıb.

Xeberinfo.com:  AzToday.az-a istinadən ilk öncə sakinlərin dövlət başçısına yazdığı müraciəti təqdim edirik:

“Möhtərəm prezident!

Bu müraciəti Sizə ünvanlayan Lerik rayon Vizəzəmin ərazi vahidliyinin sakinləridir.

Sizin qayğı və diqqətiniz sayəsində Respublikamızın regionlarında yaşayan vətəndaşların sosial rifah halının günbəgün yaxşılaşmasının şahidi oluruq. Xüsusən, coğrafi cəhətdən yüksək dağlıq ərazilərdə yerləşən rayonların əhalisinin həyat səviyyəsinin yüksəldilməsi naminə yürütdüyünüz iqtisadi və sosial siyasət ölkəmizin dinamik inkişaf tempini şərtləndirən əsas faktorlardan biridir. Qısa müddət ərzində bu xüsusda bölgələrdə, eləcə də yaşadığımız Lerik rayonunda xeyli işlər görülmüşdür. Bütün bu nailiyyətlər bizi ürəkdən sevindirir, gələcəyə olan inam və ümidlərimizi artırır.

Hörmətli prezident!

Yürütdüyünüz müdrik, proqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq ölkəmizin dünyada analoqu olmayan uğurlara, iqtisadi sıçrayışlara imza atması fonunda tərəfinizdən asab həll oluna bilən, lakin bizim üçün ciddi həyat əhəmiyyəti kəsb edən bir problemlə əlaqədar Sizə müraciət etmək zəruriətini yaratdı.

Bu mavi yanacaq-qaz problemidir.

Belə ki, 2007-ci ildə külli miqdarda dövlət vəsaiti xərclənərək, sakini olduğumuz Lerik rayonu Vizəzəmin ərazi vahidliyinin hüdudları daxilinə ana qaz xətti çəkiləndə sevincimizin həddi-hüdudu yox idi. Təəssüf ki, həmin vaxtdan 8 il müddət keçsə də indiyə kimi mavi yanacaqla bağlı arzularımız xəyal olaraq qalmaqdadır! Ərazimizə daxil olaraq, təsərrüfatsızlıq və səriştəsizlik səbəbindən istifadəsiz qalan qaz xətti, sanki bizə göz dağı çəkmək üçün bura çəkilmişdir. Bu barədə 6 ay əvvəl SOCAR-ın rəhbəri cənab Rövnəq Abdullayevə müraciət etsək də, indiyə kimi nəticəsi olmamışdır.

Yanacaqla bağlı çox ciddi problemlərlə üz – üzə qalmışıq. Belə ki, ərazimizin meşə massivlərində ağacların seyrəlməsi səbəbindən odunla təhciz oluna  bilmirik. Yanacaqsızlıq isə, sərt qış aylarında bu dağlarda yaşamağı daha da çətinləşdirir. Bu sayaq ağır və dözülməz sosial problemlər gənclərin başqa regionlara köçməsinə səbəb olur.

Cənab prezident!

Sosial problemlərimizin həll olunması, yeni iş yerlərinin açılması, gənc ailələrin yurd yerlərində qalması, eləcə də meşə sərvətinin məhv olunmaması naminə sizdən xahiş edirik ki, yaşadığımız Lerik rayonu Vizəzəmin ərazi vahidliyini mavi yanacaq – qaz təchizatı ilə təmin etmək üçün lazımi göstəriş verəsiniz”.

Qeyd edək ki, Vizəzəmin ərazi vahidliyinə 8 kənd daxildir: Vizəzəmin, Cənginəvud, Kornədi, Almu, Təbrizli, Sipiyəreğon, Kıncıvo, Bibiyani, Peştətük, Şivəkəran və Haran kəndləri daxildir.

 

700 sakinin ünvanladığı müraciət baxılması üçün Lerik rayon İcra Hakimiyyətinə göndərilib. İcra Hakimiyyətindən sakinlərə verilən cavab onları tamamilə məyus edib. Belə ki, prezident İlham Əliyevə ünvanlanan müraciəti belə Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov özü tərəfdən cavablandırmağı artıq bilib. Sakinlərə icra başçısının müavini Habil Məlikov cavab verib.

Cavabda deyilir: Azərbaycan Respublikasının Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial – iqtisadi inkişafı (2014-2018-ci illər) Dövlət Proqramı”nda rayonun yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulmuşdur. Tədbirlərin həyata keçirilməsi üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrıldıqdan sonra Vizəzəmin kənd inzibati ərazi dairəsində yerləşən kəndlərin də qazlaşdırılması işləri həyata keçiriləcəkdir.

Göründüyü kimi, Lerik rayon İcra Hakimiyyəti 700 sakinin prezident İlham Əliyevə ünvanladığı müraciətdə həll olunmasını istədiyi qaz probleminin həllinin yubanmasının məsuliyyətini üzərindən götürərək, dövlətin üstünə yıxır. Açıq şəkildə bildirir ki, nə vaxt dövlət büdcəsindən bunun üçün pul ayrılsa, onda da məsələ həll olunacaq. Fakt isə budur ki, Lerik rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün üçün hər il dövlət büdcəsindən və prezidentin Ehtiyat Fondundan xeyli vəsait ayrılır.  Ayrılan vəsaiti hara və necə xərcləndiyini Rövşən Bağırovdan başqa bilən yoxdur.

“Azəriqaz” İB-dən sakinlərə verilən cavabda isə Vizəzəmin ərazi vahidliyinin qazlaşdırılmasının 2016-cı ildə də nəzərdə tutulmadığı bildirilib. Cavabda 8 kəndin nə vaxt qazlaşdırılmasının konkret vaxtı bildirilməyib.

Ən uzaq yaşayış məntəqəsi qaz xəttindən 3 kilometr məsafədə olmasına baxmayaraq niyə Vizəzəmin ərazi vahidliyinin mavi yanacaqla təchiz olunmaması sual doğurmaya bilməz.

Belə ki, 2007-ci ildə çəkilmiş  qaz xəttindən ətrafdakı kəndlərin mavi yanacaqla təchizatının təmin olunması üçün 9 ilin  (bu gedişlə 10, 11 və daha çox il lazım olacaq -red.)  keçməsi halı ancaq Lerikdə yaşana bilər. Başqa tərəfdən prezidentə müraciət edən yüzlərlə sakinin mavi yanacaq arzusunun nə vaxt həyata keçiriləcəyi də dəqiq bilinmir.

Ancaq fakt budur ki, dövlət büdcəsinin vəsaiti hesabına çəkilən qaz xətti hazırda təkcə SOCAR prezidenti Rövnəq Abdullayevə məxsus “Relax” istirahət mərkəzinə xidmət edir. Görünür elə qəsdən Vizəzəmin ərazi vahidliyinin mavi yanacaq problemi həll edilmir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam