Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Mərkəzi Bankın mətbuat xidməti suallara nə zaman cavab verəcək?

 

Ötən ay manatın məzənnəsinin kəskin devalvasiyaya uğraması ilə yadda qaldı. Bir sıra ekspertlər, iqtisadçılar, deputatlar fərqli açıqlamaları ilə gündəmə gəldilər.

"Xeberinfo.com":  Əhalinin narahatlığı, ortaya çıxan sualların çoxu isə hələ də cavabsız qalmaqdadır. İrəli sürülən mülahizələrdən yaranan nəticələrə görə vətəndaşların Mərkəzi Banka olan inamı sarsıldı.  

Çünki devalvasiyadan bir müddət əvvəl Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun “kifayət qədər valyuta ehtiyatlarımız var” deməsi əslində insanlarda arxayınlıq yaratmışdı. 

Mərkəzi Bankın hələ ötən ilin sonunda yaydığı məlumat əsasında 2015-ci il yanvarın 1-də bağlanacaq banklarla bağlı veriləcək açıqlamanın gecikdiyi, eyni zamanda bank faizlərinin aşağı salınacağının gözlənildiyi bir vaxtda bankın qəbul etdiyi ani qərar hər şeyi alt-üst etdi.

Bu məqamda əhalinin təşvişini yatırtmaq üçün ən yaxşı açıqlama isə Mərkəzi Bankdan gəlməli idi. Təəssüf ki, rəhbərlik səviyyəsində bu addımın Mərkəzi Bank tərəfindən atılmasını gözləmək yayda qar arzulamağa bərabər oldu. Məsələ burasındadır ki, Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Natiq Əliyev də suallardan yayınır.

Dəfələrlə müraciət etməyimizə baxmayaraq, Natiq Əliyev “istənilən məsələ ilə bağlı yaranmış suallarınızı bizim mail adresimizə göndərin, aidiyyatı şöbələrdən cavab alınan kimi biz də sizə cavab göndərəcəyik” deməklə kifayətləndi. Kifayətləndi deyirəm, çünki mətbuat xidməti tərəfindən bizə verilən “[email protected]“ adresinə dəfələrlə sorğu göndərməyimzə baxmayaraq, cavab verən olmadı.

Təkrar əlaqə saxlayıb cavabın hansı səbəbdən göndərilmədiyini xəbər alanda isə ”narahat olmayın cavablandıracağıq” deməklə kifayətləndilər. Bu gün də cəhdlərimiz boşuna getdi. Çünki bu dəfə dəstəyi qaldırıb “narahat olmayın, cabalandıracağıq” deyən də olmadı... 

Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam