Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Lənkəran təhsilində rüşvət tüğyan edir

 

Lənkəran Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov attestatları 500 manata satırmış.

 

Xeberinfo.com:   Məlumata görə, bunu TİA.AZ-a Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev yazıb.

 

Onun sözlərinə görə, Güloğlan Bağırov hər məktəbdən aylıq 300-500 manat “haqq” toplayır: “Lənkəran Şəhər Təhsil Şöbəsi korrupsiya sahəsində rekorda imza atmağa hazırlaşır.

 

R. Nuriyev qeyd edib ki, müdir müavini Güloğlan Bağırov üçün hər məktəbdən yığılan aylıqlardan söhbət açsaq, yazıq müəllimlərin ağır duruma necə düşdüyü mənzərə tam aydın olar: "Əldə etdiyimiz məlumatlara görə, hər ay şöbənin müdir müavini Güloğlan Bağırov üçün irili – xırdalığından asılı olaraq hər məktəbdən, şöbənin tabeliyindəki məktəbdənkənar müəsissələrdən 200 – 500 AZN məbləğində pul toplanılır. Rayon üzrə 92 belə müəsissənin olduğunu nəzərə alsaq, bu xeyli vəsait edir. 

 

Şəhər təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırova isə çatacaq haqqın məbləği və ona verilməsi səhnəsi bir qədər fərqlidir. Müdir müavini üçün rayon üzrə adıçəkilən 92 müəsissədən hər ay yığılan 20 – 50 manat civarında pul zərfin içərisinə qoyularaq məktəb direktoru və yaxud, onların ayırdığı şəxs tərəfindən G. Bağırova kabinetində təqdim edilir. Pulu alarkən müdir müavini öz hərəkətinə “halallıq” çaları verməyi də unutmur. Bu zaman gülümsənən şöbə müdiri, pulu ona təqdim edənə “Allah əvəzini versin.

 

Allah səninçün də yetirsin” ifadələrini işlədərək jestini edir. Bu insan başa düşmür ki, ona verilən pul rüşvətdir və müəllimlərdən yığılır. Məktəb rəhbərliyinə Allah tərəfindən bunun əvəzinin verilməsi üçün isə direktor mütləq yığımın məbləğini artırmalıdır. Xatırlatmaq yerinə düşərdi ki, Güloğlan Bağırovun idarə etdiyi xarici markalı avtomobil çox bahalı, 30 – 50 manat civarındadır. Yəqin ki, şöbə müdiri öz halal zəhməti ilə bunu ala və saxlaya bilməzdi.

 

Daha bir məlumatda göstərilir ki, ötən ilin noyabr ayında şəhər təhsil şöbəsini yoxlayan Hesablama Palatasının fəaliyyəti uğurlu alınıb. Yoxlamanın ilk günündə təhsil şöbəsində xeyli nöqsan aşkarlayan müfəttişlər sonda razılığa gələ biliblər. Beləliklə, rayon üzrə irili – xırdalığından asılı olaraq hər bir məktəbdən şöbə müdirinin göstərişi ilə, 3000 – 8000 (hər müəllimdən 30-50 manat) civarında pul toplanaraq qonaqlar yola salınıblar. Bala-Şürük, Avrora, Mağanojba, Girdəni, Liman 2, Ürgə, Boladi, Darquba,1,2,3,4,5,6, 8 saylı, Qurumba, Şovu, Lənkəran şəhər 1, 2, 3, 4,5, 6, 7, 9,10 saylı, Sütəmurdov, Velədi orta məktəblərinin direktorlarını çağıraraq kənd məktəblərinin direktorlarından əlavə pul yığıb”.

Qarşı tərəfi dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam