Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Sosial evlər layihəsi reallaşacaq

 

 

Prezidentdən evsizlərə xoş xəbər
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunları ilə bağlı toplantısı keçirilib.
Xeberinfo.com: Dövlət başçısı çıxışında əsas diqqəti cəbhədəki vəziyyətə yönəltsə də, iqtisadi məsələlər barədə də danışıb. 
Bu ilin ilk üç ayında ölkədə  37 min yeni iş yeri yaradılıb. Bunu Nazirlər Kabinetinin  birinci rübün yekunlarına həsr olunan iclasında Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, birinci rübdə ümumi daxili məhsul aşağı düşsə də, il ərzində bu sahədə artım proqnozlaşdırılır. İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının cədvəl üzrə getdiyini, bu strateji layihənin vaxtında icra olunacağını diqqətə çatdırıb.
Dövlət başçısı bu dəfə hökumətə qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi tapşırıqlar verib.
 
Prezident paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanacağını xəbər verib. Bu layihə aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət etməlidir. Əhalinin münasib qiymətə mənzillərlə təmin olunması dövlət başçısının təsdiq etdiyi iqtisadiyyatın əsas sahələrinin inkişafına dair strateji yol xəritəsində də öz əksini tapıb./president.az/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam