Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ÇƏLƏNGƏZ - TƏNHA TÜRK MƏZARINI ZİYARƏT ETDİK - FOTOLAR


 

Xeberinfo.com:   Bu gün Azərbaycan xalqının başına gətirilən müsibətlərin ən pik həddinin - 31 Mart soyqırımının barbarcasına reallaşdırıldığı müdhiş gündür. Bu cür faciəvi günlər tarix boyunca təkrarlanıb. Lakin bundan nəinki dərs almışıq, əksinə tarixin bu cür vəhşi faciələrindən heç nəticə də çıxarmamışıq. Bu cür unutqanlığımızdan düşmənlərimizin faydalandığının təkrar-təkrar şahidi olmuşuq. Gəlin, unutqanlığımızdan əl çəkək! Bunu gələcəyimiz xatirinə etməliyik, qoy sabahımız faciəvi bugünümüz və dəfələrlə amansız soyqırıma məruz qalmış tarixi keçmişimiz üzərində qurulmuş zay özüllü binalara bənzəməsin...

Bu gün doğulduğum Şəki rayonunun Vərəzət kəndinin aşağısında yerləşən Çələngəz abidə-kompleksində uyuyan tənha Türk əsgərinin məzarını ziyarət etdik. Bu torpağın doğma övladı və "Borçalı" İctimai Cəmiyyəti İdarə Heyətinin üzvü kimi təşkil etdiyimiz anım tədbirində Vərəzət və Baş Zəyzid kənd orta məktəblərinin rəhbərliyi və şagirdlərindən bir qrup, eləcə də kənd ziyalıları iştirak edirdilər. Anım mərasimi şagirdlərin dövlət bayrağımızı məzar başında dalğalandırması fonunda qəbrin üzərinə gül dəstələrinin qoyulması ilə başlandı.

Azərbaycanın Dövlət Himnininin canlı ifasından sonra təmsilçisi olduğum "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin ürək sözlərini və Türk şəhidliyinin ünvanına göndərdiyi xatirə plagetindən bəzi məqamları xatırlatdım, şagirdlərə dövlətçiliyimiz və millətçiliyimiz naminə dönmədən mübarizə aparmağı, dərslərdə yüksək nəticələr qazanmağı tövsiyə etdim.

Vərəzət kənd orta məktəbinin direktoru Ələkrəm Məmmədov, Baş Zəyzid kənd orta məktəbinin direktoru Söhbət Salmanov, müəllimlərdən Abbas Əhmədov, Nəzir Həbibullayev və başqaları Azərbaycan və bütövlükdə Türk dünyasının başına zaman-zaman gətirilən müsibətlərdən danışdılar. Qeyd olundu ki, yalnız hərtərəfli, geniş biliyə, zəngin dünyagörüşünə malik olmaqla, Vətənin işıqlı sabahını qurmaq olar. Bu isə birbaşa təhsilimizlə, gənc nəslin sabaha inamı və torpağa, millətə olan tükənməz sevgisiylə bağlıdır.

Xatirə-kompleksinin yaradılması barədə məlumat verən ziyalılar abidənin qorunması və gələcək nəsillərə ötürülməsi estafetinin şagirdlərin üzərinə düşdüyünü qeyd etdilər. Məktəblilər də ürək sözlərini söyləyərək, Vətənin gələcəyi naminə var qüvvələrini əsirgəməyəcəklərinə dilə gətirdilər.

Tədbir şagirdlərin və kənd nümayəndələrinin yüksək dərəcədə fəallığı ilə başa çatdı. Tədbir Şəkinin "Kanal-S" televiziyasının əməkdaşları tərəfindən lentə alındı.

 

 

 

Qiymət MƏHƏRRƏMLİ, filologiya üzrə fəlsəfə doktoru


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam