Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Nərimanov rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər - FOTOLAR

Nərimanov rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər - FOTOLAR

 

 

      Bu gün Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişdirlər.

Xeberinfo.com:  Heydər Əliyev Mərkəzinin əməkdaşı tərəfindən ekskursiyanın iştirakçılarına Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri və burada yaradılmış Heydər Əliyev Muzeyi haqqında məlumat verilmişdir. Bildirildi ki, Heydər Əliyev Muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə məlumatlar toplanılıb.

            Gənclər Ümummilli lider Heydər Əliyev barəsində media-arxivlə tanış olmuşdurlar. Qeyd olundu ki,mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği,  elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

            Heydər Əliyev Mərkəzinin Sərgi zalları bölməsinin birinci mərtəbəsində “Azərbaycan inciləri: tarixin axarında” sərgisi təqdim edilir. Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondunun birgə layihəsi olan “Azərbaycan inciləri: tarixin axarında” Azərbaycan tarixi və mədəniyyətinin incilərini əks etdirən bir ekspozisiyadır.

Ekskursiya iştirakçıları ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair unikal eksponatlarla, ölkənin tarixi keçmişini özündə yaşadan və müasir dinamik inkişafını təcəssüm etdirən tikililərin maketləri ilə tanış olublar.

Sonda rayon rəhbərliyi tərəfindən 5 nəfər gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olundu.

 

            Gənclər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

Nərimanov rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər - FOTOLAR
Nərimanov rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər - FOTOLAR
Nərimanov rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər - FOTOLAR
Nərimanov rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər - FOTOLAR
Nərimanov rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər - FOTOLAR
Nərimanov rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər - FOTOLAR
Nərimanov rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər - FOTOLAR
Nərimanov rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər - FOTOLAR
Nərimanov rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər - FOTOLAR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam