Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lerik qudaların “caynağı”nda -Məmur özbaşınalığının "Lerik modeli"

Lerik qudaların “caynağı”nda -

 

Lerik rayonunda məmur özbaşınalığı davam edir.

Yenixeber.org:  Bu barədə dəfələrlə məlumat yayılsa da, problem həllini tapmır.

 Məlumata görə, son zamanlar rayonda əsas problemə çevrilən məmurlar sırasında rayon icra hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kaməddin Məstiyev və onun qudası, rayon Maliyyə Şöbəsinin müdiri Elman Abbasovdur.

Mənbə bildirir ki, Kaməddin Məstiyev uzun illərdir, şəhər icra nümayəndəsi olsa da, iş əmsalı və məmur kimi faydalılığı sıfıra bərbərdir. Onu ancaq özünün şəxsi maraqları və həyat səviyyəsi maraqlandırır. Dəfələrlə rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırov, icra başçısının birinci müavini Cəlil Baxşıyev ona irad bildirsələr də, Məstiyev bütün qanunsuzluqlarını israrla davam etdirib.

İcra hakmiyyətinə yaxın mənbənin AzToday.az-a verdiyi məlumata görə, Məstiyevin fəaliyyətindən bütün rayon sakinləri narazıdır. Onun Elman Abbasovla iş birliyi, dövlət əmlakını mənimsəməsi ilə bağl iddialar isə yerli əhalinin narazılığını artırmaqdadır.

Mənbə deyir ki, Kaməddin Məstiyev inzibatı ərazi olan Lerik şəhərinin – rayon mərkəzinin yenidən qurulması və infrastrukturun inkişafı zamanı xeyli vəsait əldə edib. Bu gün rayonin imkanlı məmurlarından sayılan Məstiyev icra başçısının müavini olmaq iddiasını belə gizlətmir. Hətta məclislərin birində icra başçısından belə çəkinmədiyini bildirib.

Lerikdəki mənbə bildirir ki, Məstiyevə bu gücü verənlərən biri də qudası, maliyyə şöbəsinin müdiri, uzun illərdir bu vəzifədə işləyən Elman Abbasovdur. İki qudanın “qaz vurub, qazan doldur”duğu da iddia olunur. Belə ki, maliyyə şöbəsinin müdiri rayonun mərkəzi üçün vaxtaşırı vəsait ayırtdırır, sonra da qudası ilə birlikdə bu vəsaiti mənimsəyirlər. Əgər belə deyilsə, bəs Elman Abbasov məmur maaşı ilə “Xəzri” kafesini necə aça bilib?

Bundan başqa, onun torpaq, ev və digər əmlakı da var. Həmçinin Kaməddin Məstiyevin də biznes və iaşə obyektləri var. Bütün bunları isə rayon rəhbərliyi də bilir. Maraqlı olan odur ki, bu iki məmurla bağlı ciddi bir tədbir görülmür.

Növbəti yazılarımızda Kaməddin Məstiyev və Elman Abbasovun mülk və obyektlərindən bəhs edəcəyik. Bizi izləyin!

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam