Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“QAYTARIN QOYUNLARI”

 

 

SUBARDİNATİV DAVRANIŞLARA BAXIŞ

Xeberinfo.com:  Qulağıma Milli Məclis tərəfdəki örüşdən çoban bayatısı gəldi. Bıdı eeeeee, sosial (heç xoşum gəlmir bu sözün quruluşundan) siyasətimizin Hadı müəllimi indi də deyir ki, sosial müavinət şaqqıldağlı qoyunla ödənilsin. Rəhmətlik Siyavuş belə yerdə deyib də: "Adə mənim günümə bax e!!!"...

Bi dənə qoyun rivizorun payından Hadı müəllimə!!!! Onsuz da bu millət artıq ət yeməyə yadırğayıb, ətimizi də vandallar yeməkdədir. Devolvasiyanın xalqı aca çıxardığını görən və görüb də dəhşətə gələn, bankirlərin talan etdikləri büdcədə pulun yoxluğundan qüssələnən sosial (heç xoşum gəlmir bu sözün quruluşundan, bu adı milliləşdirmək lazımdır, ayıbdır) siyasət komissiyası gecələr yatmayıb, gündüzlər oturmayıb məntiqin qarnından yarımçıq , əcaz bir fikir pırtdadıb çıxarıb. Şəxsən Hadı müəllimin  gərgin və səmərəli fəaliyyəti nəticəsində araşdırmalardan bəlli olub ki, müasir qoçlarla müasir qoyunların subardinativ davranışları nəticəsində devalvaSİONİSTLƏRİN revalvasionist addımlarını önləmək, publikanı rep deməkdən yayındırıb əməyə cəlb etmək üçün təcili olaraq Kosaların da fəaliyyətinə xitam verilməlidir. Əcəb oldu. Bayram öncəsi lap yerinə düşdü. Millət yeməyə çörək tapa bilmir, “Novruz”da Kosa gəlib malzəmələrini nisyə götürüb bişirdiyimiz olan-qalan qoğallarımızı da alıb torbasına yığacaqdı. Day yığa bilməyəcək. Hadı müəllim veto qoydu, sağ olsun.

Hadı müəllim düz eylər, neynirsə gözəl eylər. Bizə belə Kosa lazım deyil. Artıq "quzunu qoyun" eləmək üçün əlavə xərcə də ehtiyacımız qalmayıb. Deyirdim axı, təhsil sistemimizdə yaxşı qoruqçular olarsa, vətən basılmaz. İndi Hadı müəllim kimi elm adamlarının qanunvericiliyimizdə və təhsilimizdə qazandıqları uğurlar kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bir stimul olub. Artıq bundan sonra qoyunlar özləri canları çıxıb bütün zəhmətə qatlaşıb kurikulum sisteminin özəlliklərinə arxalanaraq ağzından süd iyi gələn 2 aylıq balalarını cəmiyyətə yekəquyruq qoyun kimi sırıyacaqlar. Qanunvericiliyimizin cəmiyyətə təqdim etdiyi bu qaydalar qoçlarla qoyunların izdivaca girdikləri andan etibarən qüvvəyə minəcək.

Day bundan sonra YARDIMLIı və GƏDƏBƏYdəki qoyunlar ali dərəcəli MÜTİ XƏSİSLƏR tərəfindən onlara verilən öz emiqrant statuslarıyla tumluq qalan aborigen keçilərə də xox gələcəklər. Vay Keçilərin halına, heç bəxtləri gətirmədi. Hadı müəllim deyir ki, qoyunlar müəyyən vaxta qədər kəsilməsin. Xub. Belə olan halda məsələn, birinin əziz giramisi onlara qonaq gələndə, yainki adam çətinə düşəndə bıçağı qoyacaq Keçinin boğazına və deyəcək ki, ay Keçi, sən məni bağışla, Hadı müəllimin protokol qaydasıdır.

Emiqrant Keçilərsə elə indidən bapbalaca quyruqlarını dik tutublar, dərddən, sərdən daha yeyə də bilmirlər. Deyəsən ürəklərinə nəsə damıb, ölən günləridir...

Devolvasiyanın vurduğu ziyanı nəzərə alaraq bir şeyi də deyim. Kərbəlayinin sözü olmasın, ay deputatxanada işləyənlər, zəhmət çəkib o qoyunların dediyiniz müddət ərzində sağ-salim olmalarını yoxlamaq üçün əlavə komissiya yaratmağa ehtiyac yox. Guya ki, bilmirsiniz. Hansınız o Milli Məclis divarları arasında doğulmusunuz ki?! Heç elə bil dünənə qədər qoyun nobatına gedən sizlər deyilsiniz. Bu baxımdan Hadı müəllimin nostalji hislər altında ortaya qoyduğu mövqeyi alqışlanasıdır. Sadəcə olaraq, Hadı müəllimin təsrrüfatçılıq elminə olan yeni baxışında embrionlar üzərində aparılan tədqiqat işlərindən doğan yeniliklər bizə qəribə gəldi, o kadar. Hadı müəllimə görə, 2 aylıq quzular “qoyun” imiş, biz bilməmişik.

Həə, komissiyadan danışırdıq axı. Ərz elədim ki, bu komissiyanın yaranmasına ehtiyac yoxdur. Çünki  siz məndən də yaxşı bilirsiniz ki, onsuz da qoyunlara qırxılıq qoyulanda keçilərin gözündən yaş gəlir və gələn seli də bağıra-bağıra keçirlər. Yəni, siz elə dərin yatırsınız ki, bu çığırtını, bu bağırtını, bu qaqqıltını, bu şaqqıltını, bu tappıltını, bu guppultunu, bu zıppıltını eşitməyəcəksiniz!?Начало формы

 

Fikriniz dağılsın deyə, İNDİ DƏ KEÇƏK BAŞQA MÖVZUYA: Bu informasiyalar bizi dəli edəcək. Hər kəs ağlına deyil, ağzına gələni danışır. Biri qoyundan, biri keçidən, biri Buşdan, biri quşdan, biri elə, biri də belə danışır. Kim nə deyir desin, bu prosesdə  ANS ÖZÜ DƏ BAŞDA OLMAQLA bugünkü mətbuatımızın mağmun və Rəsulun sözü olmasın ""bədbaxt" durumda olmasını hamıdan yaxşı göstərir. ANS-in xəbərləri də elə bu səpkidədir: Məsələn, "Xəbərlər" başlayan kimi Şahin Ağayevin (Əbülfəzl Abbas haqqı eşitdiyimə görə "mir" tapıntısının və həm də belə andiçmənin türkçülüyə və müsəlmançılığa aidiyyatı olmadığı üçün mən bu kəlməyə bir quş qoyuram - yəhudilərin acığına) aparıcıları “baş xəbər”də  Əddis-Əbəbədə bir çil toyuğun beş yumurta doğmasını deyən kimi "digər xəbərlərlə bağlı ətraflı məlumatı "anspress. com" saytından oxuya bilərsiniz" deyə, tamaşaçıları zəhmət çəkməyə vadar edirlər. İnsanlar və qoyunlar zəhmətə alışmağa dəvət olunur.....

Qadasın alıb, başına çörüldüyüm nənəmin sözü olması, ay Allah başınıza daş salmasın, day oraya baxasıyamsa, onda səni neynirəm...Eləcə də ""saytlar". Hamısı bir xəbərin qulpundan tutub ora-bura çırpırlar. Yenə də qadasın aldığım nənəmin sözü olmasın, a Allah başınıza daş salmasın, day bu informasiya agentlikləri varsa, onda siz nəyə lazımsınız...KABİNET YURNALİSTİKASINA ÖLÜM!!! Bu gün dedikləriniz sabahın dünənində qalacaq və hər zaman sizləri addım-addım izləyəcək.Bunu unutmayın...

Dünənki sözünün altından bu gün imza ata bilməyənlər kateqoriyasından olanlar cərgəsində Əbülfəs Qarayev də var – mədə niyyətli qartımış nazir, Sözün çəkisini, Sözün dəyərini, Sözün Qüdrətini hələ də anlamayan nazir. ƏBÜLFƏZL ABBASIN DÜŞƏN QOLLARI HAQQI  bunlar belə danışanda adam fikirləşir ki, qardaş axı bu, bizim ana dilimiz deyil və bunlar nədən bizim ana dilimizdə danışmırlar!?

Ə. Qarayev məsələsində  AQŞİN YENİSEY  belə qənaətə gəldi ki, bəs "ana dili Əbülfəs Qarayevdən öz qisasını belə aldı". Heç Anaların timsalında Adam  da öz qarnından çıxan Övladından qisas alar, ay Aqşin? Qənaətində bir az düzəliş elə ki, adam bir şey başa düşsün, nəsə düz gəlmir e. Analar övladının qisasını BAŞQASIndan, ona ziyan verəndən alırlar, SƏRDAR ƏLBƏYLİ demişkən, “ona görə”.  Dilində tük bitən “XUQUQ MUDAFIYAÇILARI”nın nəzəri olaraq rəhbərlik etdikləri Qozbel Mediçilərimizdən ibarət komanda  Azərbaycan türkcəsinin anasını ağlar qoyublar. Di gəl ki, onları bütləşdirən günümüzün Mikelancelo həvəskarları reallıqda olan kötüklüyün mahiyyətini elə hey gizlətməyə çalışırlar. Gizlətməyə nə hacət, bilən bilir, görən görür: QOZBEL MEDİÇİLƏRİN SİYAHISI: ….(bundan əvvəl də çoxları olub, saymaqla qurtarmaz) + Azərbaycanda ermənilərin koodinatoru kimi davranan LEYLA  YUNUS(LAR) + əhli-əyalı ilə bal ayını Ermənistanda keçirən, ermənilərin, rusların, farsların Azərbaycanın içindən parçalanması planını əlinə verdikləri ƏLİKRAM  HÜMBƏTOV  + “Daş yuxular”ında az qala bütöv Naxçıvan ərazisini  erməniləşdirən, ermənilərin xiffətini çəkən ƏKRƏM ƏYLİSLİ + beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndə heyətinin çıxışına etiraz əlaməti olaraq erməni bacılığıyla birgə yambız oynadan,  Azərbaycanın dərdlərinə bu vaxta qədər biganə qalan bəzi beynəlxalq təşkilatların hesabatlarını “fakt” statusuyla təqdim edərək ictimai şüuru onlara sarı yönləndirməyə çalışan XƏDİCƏ İSMAYIL + Azərbaycanın iqtisadiyyatını itkisadiyayyat  formatına salan ŞAHİN MUSTAFAYEV,  maliyyənindir, yoxsa mal yiyənindir  SAMİR ŞƏRİFOVu, dövlətə qarşı social narazılıqların formalaşmasında ötürücü qayış funksiyasını daşıyan və bu sektorun başında oturan qartımılardan olan ELMAN RÜSTƏMOV +  kiflənmiş  AZƏRBAYCAN  KİV-İ + yuyulmamış çömçə kimi hamıdan qabaq qazana girərək (nə Azərbaycan, nə Türkiyə, nə Rusiya, nə də digər dövlətlər, qurumlar, təşkilatlar münasibət bildirməmiş) rusların vurulmuş məlum helikopter olayından dərhal sonra “türklər rusdan üzr istəməlidir” deyən, rəhmətlik Məmməd Arazın yeznəsi AQİL ABBAS + elə həmin Aqilə züy tutaraq torpaq, yurd uğrunda qırılanlarımızın mübarizələrinə bir kurşunla son qoyan ruslardan türkün üzr istəməsi fikrinə anındaca dəstək verən RƏŞAD MƏCİD + mətbuatımızın Poliqraf obrazlı Bulqakov qəhrəmanı, “eybəcərlər anası” EYNULLA  FƏTULLAYEV +  Xocalı soqırımının 24-cü ildönümü öncəsində “erməni xalqı bizim düşmənimiz deyil” deyən, hansısa gündə qaçıb gələrək burada qartımış komitə rəhbəri olan "Qaçqınkom" ƏLİ HƏSƏNOV + işi-gücü ancaq müxtəlif adları ona-buna verməkdən ibarət olan, mərhum İlhamə xanımı “Şəhidlik” mərtəbəsinə qaldıran  mədə niyyətli nazir ƏBÜLFƏS QARAYEV + müəllimləri  çörək pulu, dərman pulu, kredit pulu, lap elə yol pulu xatirinə “başqa işlər”ə sövq edən, social yardım əvəzinə camaata qoyun paylamağı təklif edən HADI RƏCƏBLİ+ ....Növbəti kim olacaq?...

Pah, hərləndi, fırlandı, yenə də mövzu gəldi bıdı eee, Hadı müəllimə. Olasıdır. Doğurdan a. bu nə bayatıdır belə? Ay Hadı müəllim, bəlkə bu qoçlar olmadı elə, oldu belə, çıxdı o Avropadakı üzdəniraq azlıqların nümayəndələrindən. “Evlənmirəm. evlənmirəm. əl çəkin məndən” deyən qoçları zorən izdivacamə məhkum edək..Tutaq ki, qoyunla qoç evləndi və qoluna 350 min dollarlıq saat taxılan bir balaları da oldu. Ümidi bunamı bağlasın camaat. Ay rəhmətliyin oğlu, indi kəndçi oturub qoyunlara yengəlikmi eləməlidir? Bəs bu qoyunların hamiləliyi dövründə adam nə yeməlidir. Cəhənnəm bala, yenə aldığı 130 manat pulla nəsə eleyir axı..Yooox, bu aşmadı, ay Hadı müəllim…”Qaytarın qoyunları”….

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam