Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ADY-də kadr xaosu davam edir - Yeni təyinatlar belə effekt vermir- İLGİNC


“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) tez-tez baş verən kadr dəyişiklikləri artıq adi hala çevrilib. Qurum daxilində sistemsizlik və idarəetmədəki problemlər rəhbərliyi davamlı olaraq yeni təyinatlara getməyə məcbur edir.

Yenixeberorg.com:  ADY sədri Rövşən Rüstəmov mövcud vəziyyətdən çıxmaq üçün mütəmadi kadr dəyişiklikləri edir. Lakin bu addımlar hələlik problemi kökündən həll etmir. Bildirilir ki, vəzifəyə gətirilən şəxslər ya işin öhdəsindən gələ bilmir, ya da qısa müddətdən sonra öz istəkləri ilə vəzifədən uzaqlaşırlar.

Mənbənin sözlərinə görə, qurum daxilində olduqca qarışıq və parçalanmış idarəetmə sistemi formalaşıb. Belə ki, ADY-nin bir sıra səlahiyyətləri müxtəlif özəl şirkətlər arasında bölüşdürülüb. Bu isə vahid idarəetməni zəiflədir, qərarların icrasını çətinləşdirir və ümumilikdə sistemin dayanıqlığına ciddi zərbə vurur.

Bu fonda ADY-də növbəti təyinat həyata keçirilib. Qurumun rəhbəri Rövşən Rüstəmov tərəfindən imzalanan əmrlə Yusif Qəmərli Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin müdiri təyin olunub.

Qeyd edək ki, Yusif Qəmərli bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Daxili nəzarət və audit departamentinin direktoru vəzifəsində çalışıb.

ADY-də ard-arda edilən bu təyinatlar cavabsız qalan bir sualı yenidən gündəmə gətirir -  Problem şəxslərdədir, yoxsa sistemin özündə?

Bizimesr.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam