Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hökməli kənd icra nümayəndəsinin müavini qanunları heçə sayır:Əcaba niyə?

  Hökməli kənd icra nümayəndəsinin müavini qanunları heçə sayır: Əcaba niyə?
Hökməli kənd icra nümayəndəsinin müavini Güləhməd Xəlilovla bağlı şikayətlər bitmək bilmir. Ən müxtəlif mövzularla bağlı olan şikayətlər içərisində xüsusi diqqət çəkən məqamlardan biri Güləhməd Xəlilovun qanunsuz tikililəri himayə etməsidir. Məhz onun himayədarlığının nəticəsidir ki, Hökməlidə qanunsuz tikililərin sayı yağışdan sonra çıxan göbələklər kimi sürətlə artmaqdadır.
Yenixeber.org: Redaksiyamıza göndərilən məqalənin müəllifi ürək ağrısı ilə bunları yazır. Müəllif daha sonra yazır:
İcra nümayəndəsinin müavini uzun illərdir Qobu və Hökməlidə çoxlu sayda qanunsuz tikili himayə etməklə yanaşı, SOCAR-a məxsus ərazilərdə də bu cür tikililərə şərait yaratmaqdadır. Kənd icra nümayəndəsinin müavini olaraq kənddə heç bir quruculuq işi və ya yaşıllaşdırma həyata keçirməyən Güləhməd Xəlilov, əlaqədar dövlət qurumlarının müvafiq xəbərdarlıqlarına baxmayaraq öz əməllərindən əl məkmək istəmir. Vaxtiylə bələdiyyə sədri Hacı Mübariz tərəfindən əkilən ağacları da öz adına çıxan bu şəxs, yüksək gərginlikli elektrik xətlərinin altındakı əraziləri də qanunsuz tikililər üçün “açıq elan edib”. Halbuki, bu cür xətlərin altında tikintilərin inşası qanun pozuntusu olmaqla yanaşı, vətəndaşların həyatı baxımından da ciddi təhlükə deməkdir.

Əminik ki, əlaqədar qurumlar Güləhməd Xəlilovun qanunsuz əmllərini ətraflı şəkildə araşdıracaq, bu əməllərə hökmən və hökmən hüquqi qiymət veriləcək.
Məqalədə qaldırılan iddialarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!(TEREF)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam