Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"SV GROUP" rəhbərinə zəng edərək hədə-qorxu gələn Azər adlı şəxs kimdir??? - Nazirlər Kabineti İşlər İdarəsinin müdiri Hikmət Xəlilovun adı RÜŞVƏT qalmaqalında/ARAŞDIRMA

Azərbaycan Respublikası Nazirlər Kabinetində İşlər müdiri işləyən Hikmət Xəlilovun adı milyonlarla pulun mənimsənilməsi məsələsində hallanır.

Yenixeber.org: Vahid Xələfov və onun “SV QRUP” MMC üzrə təsisçilərdən biri kimi iş ortağı Sərvər Məmmədov 29.07.2021-ci il və 26.08.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində İşlər müdiri işləyən Hikmət Xəlilovun vəzifəsindən sui-istifadə edərək onların milyonlarla manat pul vəsaitlərini,həmcinin Vahid Xələfovun qızına məxsus evi aldatmaqla ələ keçirməsi barədə Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası Baş Prokuroruna ardıcıl şikayət etmişdilər.Həmçinin,Hikmət Xəlilovun cinayət əməlləri barədə sizin internet kanalınızda da ətraflı silsilə informasiyalar verilmişdir.

Lakin,həm Prezident Aparatından,həm də hüquq-mühafizə orqanlarından heç bir reaksiya olmamışdır.

Qeyd edilməlidir ki, V.Xələfov və S.Məmmədov tikinti sahəsində özünü ölkəmizin iri çaplı məmurlarının yaxın adamı kimi təqdim edən Hikmət Xəlilovun və onun həyat yoldaşı Südabə Xəlilovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin 4-cü bəndi ilə tövsif olunan xüsusi ilə külli miqdarda dələduzluq əməllərinin,həmçinin Hikmət Xəlilovun hədə-qorxu gəlməklə, külli miqarda pul vəsaitlərini əllərindən almaları kimi qatı quldurluq cinayət əməlinin qurbanı olmuşlar.Belə ki,adıkeçən ailə cütlüyü olan Hikmət Xəlilov və Südabə Xəlilova tərəfindən Vahid Xələfov və Sərvər Məmmədov təsisçiləri olduqları “SV -Grup” MMC-nin tikinti işlərinə cəlb edilməsi şərti ilə 2009-cu ildən 2015-ci ilə qədər davam edən dövrdə qeyri-dövlət sektorunda 4263263(dörd milyon iki yüz altmış üç min) manatlıq müxtəlif tikinti işlərini həyata keçirmək təklifi almış və bu işlərin həyata keçirilməsinə başlamışlar.Hikmət Xəlilov onların gördükləri işlərə görə pulu nəğd qaydada ödəməyə söz vermişdi.Çoxsayı layihələrin içərisində ən diqqətçəkəni isə Qobu qəsəbəsində tikilməsi Hikmət Xəlilov tərəfindən sifariş olunan tikinti materialları zavodu olmuşdur.Zavodun smeta dəyəri 1450000(bir milyon dörd yüz əlli min) manat hesablanmış və məlum şirkət də bu smeta əsasında zavodun tikintisinə başlamışdır.1 milyon 450 min manatlıq tikinti materialları zavodunun tikintisini həyata keçirmək ücün,H.Xəlilovdan ilkin olaraq 490000(dörd yüz doxsan min) manat almışlar.Lakin vəsaitin davamını istəyəndə Hikmət Xəlilov öz mütəxəssisləri ilə tikintidə yoxlama aparmış,yoxlamadan sonra pulun qalan hissəsini,V.Xələfov və S.Məmmədov tikintini başa çatdırandan sonra da verməkdən imtina etmişdir.Məlum iş adamları tərəfindən adıkeçən zavodda,eləcə də bütün Hikmət Xəlilov və Südabə Xəlilova üçün öhdəlik götürüb başa çatdırdıqları sahələrdə faktiki iş həcmlərini dəqiqləşdirmək üçün rəsmi audit dəvət etmişlər və Hikmət Xəlilov akt tərtib edərək onların gördükləri iş həcmləri ilə Hikmətdən gördükləri işlərə görə alacaqları məbləğ arasındakı fərqi orta bazar qiyməti ilə eyni V,Xələfovun və S.Məmmədovun təqdim etdikləri rəqəm qədər çıxarmışdır. Məlum iş adamları şəxsən bu sənədi də Hikmətə təqdim etsələr də, Hikmət onlara gördükləri işlərin haqqını verməkdən qaçmış və onlardan gizlənmişdir.3 milyon 500 min manatdan çox məbləğin verilməməsi,həmin məbləğin borc alınmış tikinti avadanlıqlarına,materiallarına,həmçinin cəlb olunmuş işçilərin əmək haqlarına ödənməməsi,nəticədə V.Xələfovun və S.Məmmədovun borclu qaldıqları adamların onların evlərinə və ofisinə gələrək onlara ciddi təzyiqlər göstərmələri ilə nəticələnmişdir.V.Xələfov və S.Məmmədov borclu olduqları adamların qarşısında tab gətirməyərək həmin 3 milyon 500 min manat pulu özlərinin və yaxın qohumlarının tikili və diğər əşyalarını satmaqla,bir sıra hallarda əşya ilə natura şəklində ödəməklə,borclarının bir xeylisini bağlamışlar ki,onların həmin satdıqları əmlak və əşyaların cəmi qiyməti 4 milyon 165 min manat təşkil etmişdir.Hələ bir xeyli adamlara bu günədək borc qalmışdır.H.Xəlilov pulları ödəmədiyindən,onun işə cəlb etdiyi sahələr üzrə “SV GRUP” MMC-nin xeyl vergi,bank öhdəlikləri də bu günədək faizləri hesablanmaqla qalmaqdadır.Əmək haqqı ödənə bilməyən insanların isə əksəriyyəti V.Xələfovu və S.Məmmədovu həbs etdirməklə hədələyirdilər,evlərinin yanına gəlib səs qaldırırdılar—borclarını ödəyə bilmədikləri adamlar yenə də, həmin hərəkətlərini davam etdirməkdədirlər.Satdıqları və borclulara Hikmətin ucbatından ödədikləri əşyaların siyahısını,audit aktını,Hikmətə təqdim etdikləri faktiki iş həcmlərinin cədvəlini də mənə təqdim etmişlər.Bir faktı da qeyd etmək vacibdir ki,Hikmət Xəlilov görülmüş işlərin pullarını ödəmədiyindən,məlum iş adamlarının özlərinin və qohumlarının əşya və əmlaklarını,dəyər-dəyməzinə satdıqlarını da bilirdi və onlara deyirdi ki,”neçəyə olsa satın,mən pulunuzu ödəyəcəyəm”.Yəni,Hikmət Xəlilov,V.Xələfovun və S.Məmmədovun dələduzluq barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin 4-cü bəndinin tələblərinə əsasən pullarını əvvəlcədən qaytarmaq niyyəti olmadan mənimsəmə niyyəti ilə etibarlarından sui-istifadə edirdi.
Bunlar azmış kimi, Hikmət və arvadı Südabə Xəlilova Vahid Xələfovun və S.Məmmədovun pullarını ödəmə tələblərinin qarşısını “qanun” donu geyindirmək yolu ilə kəsmək məqsədi ilə onları məhkəməyə vermişlər.Hikmət və Südabə Xəlilovlar Qobu qəsəbəsində onların sifarişi ilə inşa edilən tikinti materialları zavodunu guya,əslində V.Xələfova və S.Məmmədova sifariş vermədiklərini,dövlətin icazə sənədlərində həmin obyektin ofis və ambar kimi qeydiyyatdan keçdiyini,H.Xəlilovu və S.Xəlilovanı aldadaraq,həmin 5.97 ha. ərazidə zavod tikdiklərini əsas tutaraq,onları məhkəməyə vermişlər.Bəli,doğrudan da məlum ərazi ambar və ofis üçün sənədləşdirilmişdi.lakin,bu işə birbaşa rəhbərlik edən,Hikmətin arvadı Südabə xanım məlum iş adamlarına sonradan icazə sənədlərinin təyinatını dəyişdirəcəyini söz verərək,məhz tikinti materialları zavodu tikməyi qərar vermişlər. V.Xələfov və S.Məmmədovun əllərində olan ciddi sənədlər,xüsusən H.Xəlilovun 2016-ci ildə N.Nərimanov rayon Polis İdarəsində verdiyi izahatı və Südabə xanımla elektron poçt üzərindən yazılı təmaslar,həmçinin məlum ərazidə çalışan işçilərin şahidlikləri aşkar sübut edir ki,Südabə xanım və Hikmət Xəlilov ambar və ofis deyil,normal bir zavod tikildiyini,lap əvvəldən bilirdilər.Südabə xanım və arxasında gizlənən Hikmətin bu məhkəmə oyununda məqsədləri hakimləri ələ almaqla məlum iş adamlarının pullarını verməmək üçün öz xeyirlərinə qərarlar əldə etmək idi. Təəccüblü də odur ki,bütün məhkəmə instansiyaları,Südabə xanımın ağ yalanını doğru kimi qəbul edərək,onun əvvəlcədən( Südabə xanım özü də hüquqşünasdır və BP-də çalışır) şişirtdiyi milyonluq pul iddiasını ,guya V.Xələfova hörmət edərək,500 min manata endirmişlər.Yəni, məhkəmələr ardlcıl olaraq təsdiq etməklə,Vahid Xələfovu –Hikmət Xəlilovun və Südabə Xəlilovanın xəbəri olmadan onlara aid ərazidə zavod tikməklə,Hikmət Xəlilova və Südabə Xəlilovaya guya,ziyan vurduğuna görə 500 min manat S.Xəlilovaya pul ödəmək öhdəliyinə məruz qoymuşlar. V.Xələfovun və S.Məmmədovun bütün məhkəmə instansiyalarına,məlum zavodun tikintisindən əvvəldən Hikmət Xəlilovun xəbərinin olmasını sübut edən ,2016-cı ildə Nərimanov rayon Polis İdarəsində verdiyi izahatının surətini,həmçinin Südabə Xəlilovanın əvvəldən adıkeçən zavodun tikintisinə birbaşa rəhbərlik etməsini sübut edən Vahid Xələfovla elektron yazışmalarının surətlərini rəsmən təqdim etmələrinə baxmayaraq,məhkəmə hakimləri həmin sübutları,ya nəzərə almamış,ya da qəsdən materialların içərisindın çıxarmışlar.Beləliklə, hakimlər tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutların əldə edilməsi və qiymətləndirilməsi barədə maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur.

Bunun ardınca isə Hikmət Xəlilov yenə cinayət törədərək, Vahid Xələfova məhkəmənin ədalətsiz və saxta ödəmə öhdəliyi qoyduğu 500 min manatın Südabə Xəlilovaya ödənməsi mexanizmini işə salmışdır.Lakin V.Xələfovun adında əmlak olmadığından Hikmət öz iş şəriyi İlham Əhmədov adlı şəxsi cəlb edərək,guya bir həftəyə V.Xələfovun və S.Məmmədovun 4 milyon 165 min manat pullarını qaytaracağını vəd verərək,onun əli ilə V.Xələfovun qızına məxsus, V.Xələfova aidiyyatı olmayan əmlakını,yəni evini də əlindən su qiymətinə almışlar. V.Xələfovun qızının adına olan həmin evi onum dəvət etdiyi qiymətləndirici 1 milyon 450 min manata,həmin andakı mövcud bazàr qiymətinə, Hikmətin işçisi İlham adlı şəxsin gətirdiyi qiymətləndirici isə,dələduzluq edərək evi həmin andakı bazar qiymətindən ikiqat ucuz 750 min manat qiymətləndirmişdir.İlham V.Xələfova demişdir ki, “qiymət fərqinə fikir vermə,evi mənim,yəni İlhamın adlna 520 min manata sənədləşdirək,icra şöbəsinin 35 min manat rüsumunu da özüm ödəyəcəyəm.Sonra bir həftədən sonra çay süfrəsində Hikmətlə oturub,bütün haqq-hesabları ayırd edərsiniz”.Bu söhbət zamanı Hikmət də telefonla İlhamın dediklərini təsdiq edirmiş. Bundan əlavə,məhkəmənin gedişi zamanı da İlham və Hikmətin vəkili Kamandar Nəsibov birlikdə V.Xələfova demişlər ki, “sən 500 mini ödə,biz sənə söz veririk ki,bir həftəyə çay süfrəsində Hikmətlə siz görüşəcəksiniz və bütün hesablar bağlanacaq.Hikmətin sənə borçu olsa,elə orda ödəyəcək,ödəniş zamanı evin də,əgər həmin məbləğ yol verirsə, özünə qayıdacaq”.27.04.2021-ci ildə alqı-satqı həyata keçmişdir.Amma,bundan sonra Hikmət yenə sözünü tutmamış və V.Xələfovu təkrar aldatmış,heç bir görüş olmamışdır. Əslində 1 milyon 450 min manatlıq evi aldadaraq 520 min manata,yəni 930 min manat ucuz olaraq ələ keçirdikdən sonra,söz verdiyi 35 min manat icra rüsumunu da ödəməmişdir. Bu halda isə,Azərbaycan Respublikasının həm Cinayət Məcəlləsinin, yenə 178-ci maddəsi ilə, həm də Mülki Məcəlləsinin 339-cu maddəsinin tələbləri ilə qanunsuz əməllər törətmişdir.

Beləliklə,Hikmət Xəlilov,şəxsi və qohumlarının vəsaitləri hesabına tikinti işləri gördürmək yolu ilə, “SV GRUP” MMC-nin həmtəsisçiləri Vahid Xələfov və Sərvər Məmmədovun etibarlarından sui-istifadə etməklə,onların 4 milyon 165 milyon manat vəsaitlərini ələ keçirməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin 4-cü-xüsusilə külli miqdar maddəsi ilə, həmçinin vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq aşkar surətdə kənara çıxan hərəkətlər etməklə,”SV GRUP” MMC-nin və ayrıca V.Xələfovun hüquqlarına və qanuni mənafelərinə zor tətbiq etmə hədəsi ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 309.2 maddəsinə əsasən cinayət əməlləri törətmişdir. Ələ keçirdiyi 4 milyon 165 min manat vəsaitdən əlavə,H.Xəlilov V.Xələfovun qızının evinin satışından da,930 min manat əlavə vəsait mənimsəmişdir.

Ən dəhşətlisi də budur ki, məhkəmə də məlum zavodun tikintisini,Südabə xanımın iddiası əsasında qeyri-qanuni hesab edərək,onun sökülməsinə qərar vermiş,lakin V.Xələfovun qızının evinin satışından 500 min manat alınmasına nail olunsa da,zavod sonradan Südabə xanımın əlində qalmışdır,yəni sökülməmişdir və onun əmlakıdır.Halbuki,qeyri-qanuni tikili olduğu barədə rəsmi məhkəmə qərarı çıxarılmışdı.Bu da o deməkdir ki,500 mini aldıqdan sonra,zavodu da əldə saxlamağa,demək olar ki,nisyə zavod tikdirməklə,məhkəmə labirintləri ilə,guya qeyri-qanuni olan zavodu da “sökdürüb”,sonra qanun torbası geyindirməklə, “söküntünün dayandırılması barədə”yeni qərar əldə edərək əllərində saxlamışlar.

Hikmət Xəlilov Vahid Xələfovun və Sərvər Məmmədovun ardıcıl olaraq Cənab Prezidentə və Baş Prokurora şikayətlər yazdıqlarını,eləcə də Kanal 24-də silsilə verilişlər getdiyini görərək,əvvəlcə öz yaxın adamı Azər adlı şəxsi işə qoşaraq,telefonla V.Xələfovu və S.Məmmədovu,onlar barəsində cinayət işi başladacağı ilə,dəfələrlə hədələtdirmişdir.

Bununla da,həm öz vəzifəsindən sui-istifadə etməklə,həm də haqsızlıq edın hakimlərin himayəsi ilə Hikmət Xəlilov ,arvadı Südabə Xəlilovanı da öz oyununa qoşaraq,bu iki nəfər ər-arvad sifariş verib tam şəkildə inşa etdirdikləri tikililərin xərclərini ödəməməkdən ötrü, V.Xələfovun və S.Məmmədovun bütün əqrabalarının və özlərinin,V.Xələfovun qızının bütün var-yoxlarını əllərindən almışlar.

Adlarından danışanlar:

1) Xələfov Vahid Əlisəfa oğlu.

Ünvan:Bakı şəhəri,Yasamal rayonu,Mustafa Sübhi küçəsi,213 a

2) “SV GRUP” MMC-nin həmtəsisçisi və icraçı direktoru Sərvər Məmmədov.

Mətni tərtib etdi səlahiyyətli şəxs: Hafiz Rüstəmov.(“Kanal 24” TV)
Adları çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam