“Mosbet” və “1xbet” qumar şirkətləri Azərbaycanın pullarını ofşor zonalara necə daşıyır? -NƏZARƏTSİZ QALAN QUMARXANA ZONASI...
Ölkəmizdə “at oynadan”, vətəndaşlarımızı cibinə girərək, onların hətta ailələrini dağıdan “Mosbet” və “1xbet” kimi online qumar şirkətlərinin nədənsə əsarətindən çıxa bilmirik. Bu tip adlı şirkətlərin fəaliyyəti ilk baxışdan sadə görünsədə, amma incəliklə işləyən qumar şirkəti fırıldaq mexanizmi üzərində qurulub.
Yenixeber.org: “Mosbet” və “1xbet” online qumar şirkətləri Azərbaycan ərazisində rəsmi qeydiyyatdan keçmiş şirkət kimi işləmir, vergi ödəməmək üçün Cəbəllütariq, Cənubi Kipr, Kuraçao kimi ölkələrdə, ofşor zonalarda saxta, yəni əslində ofisi, işçisi, avadanlığı olmayan, amma kağız üzərində mövcud olan qumar şirkətləri yaradırlar.
Beləliklə, lisenziyasız və vergi ödəmədən çalışan “Mosbet” və “1xbet” bukmeker kontorları qeyri-leqal, qanunsuz mərc oyunları təşkil etməklə külli miqdarda ölkəmizdə pul qazanır.
Əslində bu tip kimi qumar şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçməsinin konkret səbəbləri var. Cəbəllütariq, Kuraçao, Malta, Cənubi Kipr kimi ofşor zonalarda qeydiyyatdan keçən bukmeyker kontorları bu ölkələrin vergi qanunvericiliyindəki boşluqdan yararlanır, fəaliyyət dairəsini isə dünyanın bütün ölkələrinə yayırlar.
Beləliklə, “Mosbet” və “1xbet” kimi adı çəkilən kontorlar dövlət nəzarətindən tam kənarda işləyirlər ki, bu da onların etibarsızlığına dair ən ciddi sübutdur. İkincisi, dövlət qarşısında heç bir məsuliyyət və öhdəlik hiss etməyən kontorlar müştərilərə ən geniş xidmətlər, o sıradan onlayn kazino da təklif edir.
Konkret nümunə əsasında danışaq. “Mosbet”in yaradıcıları qeyri-qanuni yolla Rusiyada 63 milyard rubldan artıq pul qazanıb. Sözü gedən şirkətlərin yaradıcıları Rusiya vətəndaşlığı ilə yanaşı, Kipr vətəndaşlığına da malikdi və hazırda beynəlxalq axtarışdadılar.
Lisenziya almağı, vergiləri ödəməyi lazım bilməyən, yəni Azərbaycanın dövlət büdcəsinə qara qəpik də xeyir verməyən bu kimi online qumar şirkətləri konkret oyunlar üçün əmsalları ölkəmizdəki qanuni mərc operatorları ilə müqayisədə bir qədər yüksəltmək imkanı qazanır.
Düzdü, bunun da arxasında fırıldaq dayanır. Konkret nümunə əsasında göstərək. Məsələn, istifadəçiyə 100 manat “xoş gəldin” bonusu verirlər. Amma o bonusu 10 qat artığını almadan vermirlər. Yəni 100 manat bonus almaq istəyən adam 1000 manat yatırmalıdı.
Həmin 100 manatla oynayırsan, 1000 manata yüksəlməyincə ala bilmirsən, təbii ki, yüzdə 99 halda da itirirsən o bonusu. Kəsəsi, “Mosbet” və “1xbet” bonusunu sistemdə xərcləməlisən, xərcləmək üçün də öz cibindən pul yatırmalısan.
Bu qumar şirkətləri ilə bağlı onu da qeyd edək ki, Moskvada qanuni əsasda fəaliyyət göstərən bu şirkətin ofşor zonada qeydiyyatdan keçən adaşı da var. Tam fərqli hüquqi şəxsin, daha doğrusu, yunanların adına qeydiyyatdan keçiriblər, bu şirkət də Azərbaycanlıların pulunu xaricə daşımaqla məşğuldur.
Bundan başqa, çox vaxt “Mosbet” və “1xbet” qumar oynayan vətəndaşlar udduqları pulları ya çıxara bilmirlər, ya da həmin hesabların bloklayaraq pullar ödənilmir.(Azerbaycanreallığı)
Mövzuya qayıdacağıq…
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq