Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Qadınlar üçün faydası olmayan testlər və analizlər

 

Mütəxəssislər hesab edirlər ki, həkimlərin bir çoxu xəstələrin gərəksiz analiz verməsini tələb edirlər.

Yenixeber.org-un xəbərinə görə, o, gərəksiz analizlərin sadəcə pul itkisi olduğunu deyib.

Rusiyalı ginekoloq, professor Olqa Çerepanova hesab edir ki, faydasız müayinələrə simptomsuz flora testləri, hormon testləri və cinsi yolla ötürülən infeksiyalar üçün testlər daxildir. 

“Hər şey üçün analiz vermək pul itkisidir. Profilaktika üçün flora analizi faydasız hesab olunur. Simptomlar olmadan analiz vermək yalnız cərrahi prosedurlardan əvvəl və hamiləlik dövründə lazımdır. Əgər heç bir əlamətiniz yoxdursa və cinsi partnyorunuzu dəyişməmisinizsə, cinsi yolla ötürülən infeksiyaları yoxlamağın da mənası yoxdur”, - deyə həkim bildirib.

Hormon testləri də həkim məsləhəti olmadan profilaktika üçün lazım deyil. Onlar, məsələn, menstruasiya pozuntuları üçün təyin edilə bilər.

“Patologiyanın olub-olmadığını müəyyən etmək və ya şübhələri təkzib etmək üçün testlər aparılır. Test nəticələri lazımsız narahatlığa, əsassız əlavə müayinələrə və bəzən lazım olmayan müalicəyə səbəb ola bilər”, - deyə Çerepanova yekunlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam