Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Manaf Manafov icra başçısı Elgin Həbibullayevdən niyə narazılıq edir? -İLGİNC

 

Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin sədri başçının onu yüklədiyi qənaətindədir

Yenixeber.org: Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi narazılıq etdiyi bildirilir. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, Manaf Manafovun icra başçısından narazılıq etməsinin səbəbi Nərimonov parkının təmiri ilə bağlıdır. Belə ki, adı çəkilən parkda bəzi işlərin görülməsi Mənzil-Kommunal Təsərrüfat Birliyinin sədrinə tapşırılıb. Məlumata görə Elgin Həbibullayev tapşırığını məcburən yerinə yetirən Manaf Manafov xeyli xərcə düşüb.
Bildirilir ki, Manaf Manafov Nərimonov parkında gördüyü təmir işlərində xərcə düşməsi ilə bağlı onu hazırkı vəzifəsinə təyin edən Bakı meri Eldar Əzizova şikayət edib. Məlumata görə Manaf Manafovun Eldar Əzizova şikayətindən xəbər tutan icra başçısı Elgin Həbibullayev ona qarşı qəzəblənib.
Mənbə iddia edir ki, "yaxın günlərdə Nərimanov icra başçısı Manaf Manafovla bağlı tədbirini görəcək".
Qeyd edək ki, ölkə mətbuatında Nərimanov parkında işləyən bir qrup ustanın müraciəti ünvanlanmışdı. Həmin müaciətdə ustalar bildirirdilər ki, Nərimanov parkında təmir və abadlıq işlərində işləyən 8 nəfərin 15 min manat pulu mənimsənilib. Ustalar qeyd edirdilər ki, “Nərimanov” parkında biz döşəmə tamett-metlax işləri görmüşük. Gördüyümüz işlərə isə Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafov nəzarət edirdi. Gördüyümüz işlərin haqqının bir hissəsi iş gördüyümüz zaman ödənilmişdir. Ancaq işi görəndən sonra Manaf Manafovu tapa bilmədik. Telefonlafımıza cavab vermir və haqqımızıda ödəməkdən imtina edir.
Pulumuzu tələb eləmək üçün Mənzil-Kommunal Təsərrüfat Birliyinin binasına getmişik, orda Manaf Manafov bizə deyib ki, "pulunuzu gedib icra başçısı Elgin Həbibullayevdən alın".(Patriot)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam