Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Manaf Manafov Nərimanov rayonuna icra başçısı gətirilir? -İDDİA

bitmap-img6

Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədrinin icra başçısı təyin olunacağı ilə bağlı məlumatlar yayılıb...
Yenixeber.org: YAP Pirallahı rayon Təşkilatının sabiq sədri, hazırda Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsini tutan Manaf Manafovun icra başçısı olmaq istədiyi ilə bağlı məlumat yayılıb. 
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Nərimanov rayonunun icra başçısı olmaq istəyir. Məlumata görə tez-tez himayədarları ilə əlaqəyə keçən Manaf Manafov icra başçısı olmaq üçün bəzi planlar üstündə çalışır. Misal üçün, son aylar Manaf Manafovun müxtəlif media orqanlarında özü haqqında müsbət yazılar yazdırmasıda bu planın bir parçası olduğu deyilir. 
Qeyd edək ki, Manaf Manafovun adı ölkə mətbuatının gündəminə bir neçə il öncə YAP Pirallahı rayon təşkilatının sədri vəzifəsində işləyərkən Qala-Dübəndi yolundakı piyada keçidində ölümlə nəticələnən yol qəza hadisəsi ilə gəlmişdi. Belə ki, Manaf Manafovun Xidməti istifadəsində olan avtomobil piyada keçidində vətəndaş Tariyel Rzaquliyevi vuraraq öldürmüşdü. Baş vermiş hadisəni Manaf Manafov ört-basdır eləməyə çalışmasına baxmayaraq, məsələ ölkə mətbuatında gündəmə gəlmişdi. Bu hadisədən sonra Manaf Manafov YAP Piralalhı rayon təşkilatı sədri vəzifəsindən uzaqlaşdırıldı.
Ancaq bir müddət sonra Manaf Manafov himayədarlarının dəstəyi ilə Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi təyin edilib.
Bildirək ki, ölkə mətbuatında Manaf Manafovun Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kadrı olması ilə bağlı məlumatlar dərc olunub.(Azfakt.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam