Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Eldar Əzizovun kadırları arasında savaş başladı - Manaf Manfov Elgin Həbibullayevə qalib gələcəkmi? -İLGİNC

Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin adı çəkilən rayonun icra başçısı olmaq üçün bütün yollara əl atır.
Yenixeber.org: YAP Pirallahı rayon Təşkilatının sabiq sədri, hazırda Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsini tutan Manaf Manafovla bağlı məlumat var.

Məlumata görə, Manaf Manafovla Nərimanov icra başçısı Elgin Həbibullayev arasında gizlin savaş başlayıb. Hər iksi Bakı meri Eldar Əzizovun kadrı olmasına baxmayaraq, Manaf Manafovun icra başçısına qarşı savaşının arxasında onun yerinə göz dikməsi ilə bağlı olduğu deyilir. 
Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, son günlər Nərimanov icra başçısı Elgin Həbibullayev haqqında bəzi media resurslarında dərc edilən neqativ yazılaırn sifarişçisi Manaf Manafovdur. 
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elgin Həbibullayevi hədəfə gətirməklə onu iqtidarın yuxarı dairələrinin gözündən salmaq niyyəti güdür. Mənbəmiz qeyd edir ki, Elgin Həbibullayevdə Manaf Manafovun bu niyyətindən xəbər tutduğu üçün onun üzrəində nəzarəti gücləndirib. 
Belə ki, Nərimanov icra başçısı davamlı olaraq rayon ərazisini gəzərək Mənzil Kommunal Təsərrüfat Birliyinin işlərini yoxlayır.
Qeyd edək ki, Nərimanov rayonun bir çox yerlərində zibillik ərazilər mövcuddur. Məhz təmiz olmayan yerləri bəhanə edən Elgin Həbibullayev haqlı olaraq Manaf Manafovun üzərinə gedərək onu sıxışdırır. 
Mənbəmiz qeyd edir ki, Manaf Manafov Eldar Əzizovun ona söz verdiyi vədin yerinə yetirilmədiyi üçün iqtidardakı başqa şəxslərlə də gizlin əlaqəyə keçib. Bütün rıçaqlaırnı işə salan Manaf Manafovun hazırda karyerasının yükələcəyi yaxud bitəcəyi nöqtəsinə gəlib çatıb.
P.S Növbəti sayımızda Nərimanov rayonunda zibilli ərazilərlər bağlı oxucularımıza daha ətraflı məlumat verəcəyik. Həmçinin Manaf Manafovun obyektləri barədə kiçik bir araşdırmaq aparacağıq.(Azerbaycanreallığı)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam