Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“Aztelekom” 100 Mbit sürəti verə bilməyəcək: Bəs bizi niyə soyur?

“Aztelekom” 100 Mbit sürəti verə bilməyəcək: Bəs bizi niyə soyur?
Avqustun ortalarından internetin minimum trafik sürətinin 40 Mbit/s-dən 100 Mbit/s-ə çatdırıldığı deyilir. Qiymət də qaldırılıb.
Yenixeber.org: Amma abunəçilər qiymət artımına baxmayaraq, gələn və gedən trafikin sürətinin xeyli aşağı olduğunu deyirlər. İradlarında da haqlıdırlar. Təqdim olunan sürət müqavilələrdə nəzərdə tutulandan xeyli aşağıdır. Bununla bağlı İKT Agentliyinə və Antiinhisar Xidmətinə artıq çoxlu şikayətlər daxil olub. “Aztelekom”un hər bir abonent üçün minimum sürətin 100 Mbit/s olması ilə bağlı dedikləri özünü doğrultmadı. Bu da gözlənilən idi”.

Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakupost.az-a söyləyib.

O deyib ki, “Aztelekom” nəinki yüz minlərlə istehlakçını 100 Mbit/s sürətlə təmin etməyəcək, hətta bu trafikin yarısını da çatdıra bilməyəcək. Son hadisələr və internetin bahalaşması fonunda bu xidmətdən imtina edən istifadəçilərin sayı artıb. Onun sözlərinə görə, “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil:

“Hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir. Qiymət siyasəti elə qurulmalıdır ki, hamının ehtiyacına uyğun olaraq əlçatan olsun. Dövlət provayderlərinin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır. Provayder ona görə hələlik “dövlət provayderidir” ki, məhz hər bir vətəndaşın, tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam