Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Biləsuvarda İcra hakimiyyətinin rəsmisi deputatlığa namizədin görüşünə dəstək verir -FOTOFAKT

   Biləsuvarda İcra hakimiyyətinin rəsmisi deputatlığa namizədin görüşünə dəstək verir
Şəkildə işarələnmiş şəxs 30 ilə yaxındır ki, Biləsuvarın Aranlı və Çinarlı kənd icra nümayəndəsi vəzifəsində çalışan İbayev Habil İmaş oğludur.
Yenixeber.org: O, 69 saylı Biləsuvar Seçki Dairəsindən namizəd olan Bəhruz Məhərrəmovun görüşündə iştirak edir. Bu isə Azərbaycan Seçki Məcəlləsinə ziddir və seçki prosesinə birbaşa müdaxilədir.
Bu barədə bitərəf namizəd Nurlan Mirəli "Arqument.az"a məlumat verib.

Nurlan Mirəli Biləsuvarın icra başçısı Faiq Qürbətovu da "Feysbuk"da tag edərək ona: "Bu adam hələ də vəzifəsinin nə olduğun bilmir. Əslində onda günah görmürəm. Siz Bəhruzun şəkilin layk edəndə işçiniz də təbliğat təşviqat kompaniyasın aparacaq. Və bu adamlar Biləsuvar Rayon İcra Hakimiyyətinin aynasıdır, sizin fəaliyyətinizi əks etdirirlər", - deyə müraciət edib.

Biləsuvarın icra başçısı Faiq Qürbətov

İcra başçısı Faiq Qürbətov isə namizədin bu postuna heç bir cavab yazmayıb.
Nurlan Mirəli digər postunda isə qeyd edib ki, onun lövhəyə vurduğu namizədlik posterini cırıblar. Bunun yerli qurumlar tərəfindən edildiyini bildirən namizəd qeyd edib ki, rayon rəhbərliyi faktiki Bəhruz Məhərrəmovun seçilməsi üçün bütün adminstrativ rusursları səfərbər edib.


 ***

Bəhruz Məhərrəmovun avtobioqrafiyasında qeyd olunur ki, o, hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosentdir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Vəkillər Kollegiyasının üzvüdür.
2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Hakimiyyətin Milli Məclisdəki "bitərəf" deputatlarındandır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam