Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Süleyman Mikayılovla Taleh Bəşirov torpaqları məmurlara satır -İLGİNC

Əmlak məsələləri dövlət xidmətinin şöbə müdiri Taleh Bəşirov qanunsuz əməllərini davam etdirməkdədir. Dövlət torpaq fonduna məxsus əraziləri məmur-oliqarxlara, onların yaxın qohumlarına “münasib qiymətə” peşkəş edən bu şəxs, hazırda Qaradağ rayonunda böyük əraziləri özəlləşdirməkdə, bundan milyonlarla manat məbləğində vəsait qazanmaqdadır.

Yenixeber.org: Bu barədə redaksiyamıza verilən məlumatda bildirilib ki, Taleh Bəşirov bu işdə Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla əlbir hərəkət edir. Həmçinin bu məsələdə o müxtəlif nazir, nazir müavinləri ilə də hərəkət etməkdədir:

“Taleh Bəşirov Qaradağda daha çox dənizə yaxın ərazilərin özəlləşdirilməsini təşkil edir ki, bu da həmin ərazilərin daha baha qiymətə satılması ilə bağlıdır. Taleh Bəşirov dövlət torpaq fonduna daxil olan elə strateji əraziləri satır ki, bu, dövlətin mənafeyinə, onun iqtisadi maraqlarına ziddir.

Çünki Taleh Bəşirovun satdığı bu əraziləri sabah müxtəlif dövlət qurumları müxtəlif sahibkarlardan icarə olaraq götürüb istifadə etməli olacaq ki, bu da dövlət üçün mütəmadi maddi itki deməkdir. Ümid edirik, bu rayonda aparılan icarə və özəlləşdirmə işləri araşdırılacaq”. Qarşı tərəfi dinləməyə hazırıq.(tribunainfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam