Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Sumqayıtdakı “Ordubad” market düzəlmir ki, düzəlmir -Nöqsanlar davam edir

bitmap-img6

Sumqayıt şəhərində yerləşən məşhur “Ordubad” market illərdi Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) tərəfindən müxtəlif qanun pozuntularına görə cərimələnir.  Qanunları pozması ilə bağlı müxtəlif cərimələrin və xəbərdarlıqların edilməsinə baxmayaraq yenədə “Ordubad” marketdə ciddi nöqsanlar qalmaqda davam edir. 
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə xəbərdarlıqlara baxmayaraq son aylar “Ordubad” marketdə Azərbaycan dilində markalanması olmayan məhsulların, eləcə də ev şəraitində hazırlanan və zəmanəti olmayan məhsulların satışı çoxalıb. Həmçinin marketdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları mövcuddur. 
Bildirək ki, “Ordubad” marketdə AQTA tərəfindən müxtəlif qanun pozuntuları və nöqsanlar aşkar edilməsinə və müvafiq tədbirlərin görülməsinə baxmayaraq, obyekt rəhbəliyi saxta işlərdən əl çəkmir. Buna səbəb isə “Ordubad” marketin sahiblərindən birinin yüksək vəzifəli məmur olması ilə bağlıdır. Bundan başqa “Ordubad” market rəhbəri Taleh Əfrasiyaboğlu adlı şəxsin vergidən yayınmaq üçün müxtəlif vasitələrə əl atdığı bildirilir.  
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam