Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Samir Əsədli Yardımlının Zevin kəndində seçicilər ilə görüşüb –FOTOLAR

 

Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirir. Növbəti görüş Yardımlı rayon Zevin kəndində keçirilib. İlk öncə kənd şəhidlərinin məzarını ziyarət edən Samir bəy kənd meydanında seçicilərlə görüşüb.

Yenixeber.org xəbər verir ki, Görüşü açan VHP Ali Məclisinin üzvü, milli-azadlıq hərəkatının fəallarından olan Hacı Əliqismət  Əlibəyli S.Əsədli haqqında danışmış, VHP-nin siyasi-ideoloji proqramı haqda məlumat vermişdir.

Daha sonra deputatlığa namizəd Samir Əsədli çıxış edərək seçki platformasından, VHP-nin məramnaməsində vətəndaşların sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün nəzərdə tutulan müddəalardan, partiyanın qarşısında duran önəmli məsələlərdən danışıb. O, bildirib ki, VHP-nin əsas məramı insan amilidir, vətəndaşın rifahı və xoş gələcəyidir, partiyanın əsas fəaliyyəti də məhz bu yöndədir. Əslən Yardımlı rayonundan olan biri kimi bu rayonun problemlərinə də toxunan Samir bəy, rayonun turizim potensialı, iqtisadi inkişafı və yeni iş yerlərinin açılması üçün nəzərdə tutulan layihələrdən danışdı. O, bildirdi ki, bölgənin problemlərinə yaxından bələddir və Milli Məclisdə təmsil olunacağı halda bu problemləri müvafiq dövlət qurumları qarşısında qaldıracaq.

S.Əsədli sonda seçicilərin suallarını cavablandırıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam