Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

İlqar Mahmudov görüş keçirdi -FOTO

Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin direktoru və üzvləri ilə görüş keçirilmişdir.
Yenixeber.org: 6 avqust 2024-cü il tarixdə “Cənubi Qafqazda Ekoloji Dəhlizlərin Təşviqi” layihəsinin növbəti mərhələsinin uğurla davam etdirilməsi ilə əlaqədar Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin (WWF) direktoru Elşad Əsgərov, layihə komandasının üzvləri Jernej Stritih və Xəyyam İsmayılov Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşmüşdür. Görüşdə Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin (WWF) direktoru Elşad Əsgərov 2002-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi ilə birgə “Qafqazda bəbirlərin mühafizəsi”, “Ceyranların tarixi arealının bərpası”, “Meşə kəllərinin Azərbaycana qaytarılması” kimi bir sıra maraqlı layihələrə imza atdıqlarını bildirmişdir.
Daha sonra digər irimiqyaslı layihələrindən biri olan “Cənubi Qafqazda Ekoloji Dəhlizlərin Təşviqi” layihəsinin birinci fazasının 2016-2020-ci illərdə Quba rayonunun Qonaqkənd qəsəbəsi və Xınalıq kənd icmaları ilə təbiəti mühafizə sahəsində konkret işlərin görüldüyünü və ekoloji dəhlizlərin yaradıldığını qeyd etmişdir.
Bundan əlavə olaraq layihənin 2022-ci ildə başlamış ikinci fazasında eko-dəhlizlərin genişləndirilməsi nəzərdə tutulduğundan bu mərhələdə Quba rayonunun Xaltan, Nütəh, Rəngidar, Çarxaçu, Muçu və Xaşı kəndlərini layihədən bəhrələnmək imkanlarını vurğulamış və qeyd olunan layihələrin keçirilməsinə dəstək göstərdiyinə görə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova öz təşəkkürlərini bildirmişlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam