Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Maskalanmış iblis, yaxud Cəlil Zabidov rəzaləti -FOTOLAR

 

Əslində Cəlil Zabidov haqda çox danışıb da onu "şərəfləndirmək" fikrimiz yoxdu. İnternet resurslarından onun kimliyi və hansı məzhəbə xidmət etdiyi haqda az da olsa bilgilənmək olar.

Yenixeber.org: Və bu bilgilər kimlərinsə başını gicəlləndirsə, Zabidova yazığı gələr, onun "Timsah göz yaşlarını" silməyə çalışar... Redaksiyamıza müraciət edən Yardımlı rayonunun bir qrup sakini Cəlil Zabidovun onların rahatçılığını əllərindən almasından bəhs edirlər. "Rayonun mərkəzində özünə "mini bazar" açıb. Burda hər şey satılır, aftafadan tutmuş aksiz markasız siqaretə kimi. Qarpızdan tutmuş mıxa qədər.

 

Səkilər ilə hərəkət etmək olmur. Maşınlar az qala adamın üstünə çıxsın. Seçki məntəqəsinə gedən yolu satılıq mallarıyla necə doldurubsa, gərək xeyli yol qət edəsən. Samana bürünmüş qarpız maşınını rayonun mərkəzində görmək, ətrafa toz-torpaq, üfunət çiləmək hansı məntiqə sığır? Bunun yiyəsi tapılacaqmı? Hüquq mühafizə orqanları hara baxır? Başa düşürük, bu adam şantajçıdı, şər-böhtandı, öz xeyrinə olmayan hər şeyə çamur atır. Rayon yeridi, hamı bir birini tanıyır, hörmət edir, abır-həyamıza qısılıb abırsızdan abrımızı qoruyuruq. Amma Cəlil "müəllim" ağını çıxarıb, nə ətrafdakılara, nə qanunlara, nə də mental dəyərlərə hörmət edir"...

Bütün bunlar müraciət müəlliflərinin söylədikləridir. Doğrudanmı özünü az qala "şah" sayan Zabidova dur deyən tapılmayacaq? Rayonun hüquq-mühafizə orqanları Cəlil müəllimin əməllərinə  haçanacan göz yumacaq? Yoxsa şantajçı müəllimin şər-böhtanından onların da çəkinəcəyi var?

İnanırıq və inanaq ki, Cəlil Zabidovun etdiklərinə sədd çəkiləcək, qanunsuz əməllərinə hüquqi qiymət veriləcək. Bu, redaksiya olaraq həm bizim, həm də onlarla müraciət müəlliflərinin tələbidir...

İ. Rüstəm


 Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam