Redaktor seçimi
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Ramin Abdullayev dedi... QURTARDI! - Şəhid ailəsi bunların UMRUNDA DA DEYİL... -VİDEO

      Ramin Abdullayev dedi... QURTARDI! - Şəhid ailəsi bunların UMRUNDA DA DEYİL...
"Anar Quliyev mənə şəxsən söz verdi ki, bir həftəyə sənin işini həll edəcəm, amma bir il keçib, hələ də həllini tapmayıb."

Yenixeber.org: Bu sözləri Zərdab rayon Hüseynxanlı kənd sakini, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı şəhid Ağaqardaş Abbasovun atası İlham Abbasov deyir.

Agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımında qonaq olan İlham Abbasov bildirir ki, "Oğlum şəhid olduqdan 5 ay sonra onun qız övladı dünyaya gəldi. Nə qədər ki, nəfəsim var, o, uşağın gələcəyinin təminatı məqsədilə bir obyekt tikmək istədim. İcra başçısından yer istədim, sağolsun mənə 30 m² yer obyekt yeri verdi. Amma, Şəhərsalma və Arxitektura Komitəsində Ramin Abdullayev imtina cavabı verdi. Dedilər, "qaz xəttinə yaxındır". Baxmayaraq ki, qaz xəttinin lap yaxınlığında belə tikilmiş o, qədər iaşə obyektləri var, mən yenə də bu qərarla razılaşdım. Bundan sonra mənə verilən torpaq sahəsi icra hakimiyyəti tərəfindən qaz xəttindən 10 metr kənarlaşdırıldı. Bu dəfə isə mənim tikəcəyim bapbalaca tikintinin, onun yanındakı iki mərtəbəli iaşə obyektinə kölgə salacağı bəhanəsi ilə yenə imtina verildi.
Bundan sonra mən Bakı şəhərinə getdim və Anar Quliyevin şəxsən qəbulunda oldum. Anar Quliyev mənə özü söz verdi ki, "Sən yeri dəyişdir, mən sənə kömək edəcəm".
Belə olan halda, İcra Hakimiyyəti mənə Mollakənd yolundan 80 m² torpaq sahəsi verdi. Baxmayaraq ki, həmin ərazi kənddən kənardır, eyni zamanda dərin çaladır, oranın doldurulmasının özü xeyli xərc tələb edir, mən yenə də razılaşdım. Amma, bu dəfə də Ramin Abdullayev imtina cavabı göndərib.
Bunların məqsədi nədir axı məni bu qədər incidirlər?
Əgər pul üçün belə edirlərsə, mənim bu vətən üçün balasını atasız qoyan yeganə oğlum bütün ödənişləri ön cəbhədə ödəyib.".(Doğruxeber.az)
Daha ətraflı videolinkdə !



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam