Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı

 

Ənənəvi olaraq, sərfəli operator kimi tanınan “Nar” sosial layihələri ilə də cəmiyyətə töhfə verməyə davam edir. Bu layihələr sırasında inklüziv cəmiyyət qurmağa yönələn və beynəlxalq mükafata layiq görülən jestdili.az elektron jest dili lüğəti xüsusi önəm daşıyır.

Yenixeber.org: “Nar”ın dəstəyi ilə ADA Universitetinin tələbələrinin bu ilin əvvəlində yenilədiyi saytda son üç ayın nəticələrinə əsasən istifadəçi sayı ikiqat artıb. Daha bir statistik göstəricəyə görə isə saytda ən çox axtarılan ifadələr “salam”, “ata” və “ana” sözləridir. Sayta marağın artmasının səbəblərindən biri universitetin tələbələrinin təşəbbüsü ilə istifadəçi rahatlığını təmin etmək üçün saytın interfeysinin, dizaynının və axtarış sisteminin təkmilləşdirilməsi və bir çox digər funksiyalarla zənginləşdirilməsidir.

Layihənin digər tərəfdaşı olan “Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verən resursun yalnız eşitmə və nitq məhdudiyyətli şəxslər üçün olmadığını bildirir: “Dörd ildir, fəaliyyət göstərən jestdili.az saytına maraq gündən-günə artmaqdadır. Bu sayt təkcə nitq və eşitmə məhdudiyyətlilər üçün olmadığından hər kəs buradan tam ödənişsiz olaraq faydalana bilər. Hesab edirəm ki, biz bir-birimizi daha yaxşı anlamaqla məhdudiyyətləri aşa və inklüziv cəmiyyət qura bilərik”.

Qeyd edək ki, daim təkmilləşdirilən elektron lüğət hazırda 4000 sözün və 500 çox işlənən cümlələrin video izahını təqdim edir. 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosasiyası (IPRA) jestdili.az layihəsini əsas götürərək “Nar”ı ən yaxşı korporativ məsuliyyət nominasiyasında birinci yerə layiq görüb.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam