Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni direktorla yeni "qanun"-lar -Xəstəxananı açıq bazara çevirib...

Bir neçə gün öncə Sabirabadda ana ölümü baş verib. Əzimova Sevinc Elman qızı doğuş zamanı dünyasını dəyişib. Artıq fakt ört-basdıır edilib. Belə işlərdə çox mahirdilər.

Yenixeber.org: Amma necə deyərlər, yerin də qulağı var. Məlumat gec-tez sızır. Bizə də Sabirabaddan sədalar gəlib çatır.
Keçən il Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Ənvər Lümənovun yerinə Həsən Hüseynov təyin edildi. Buna qədər o bir çox yerdə işləyib. Bərdə Diaqnostika Mərkəzi və s. Ən son işi Ağcabədi RMX direktoru olub. Deyirlər, Həsən doktor Sabirabada göndəriləndə Ağcabədidə deyirlərmiş buna görə yeddi qurban kəsilməlidir. Çünki rayonda səhiyyəni daha da pis günə qoyubmuş. Ondan əvvəlki direktoru korrupsiya əməllərinə görə dövlət orqanları cəzalandırmışdı. Bundan sonra gözləyirdilər ki, Həsən doktor ciddi bir düzəliş edər. Ancaq bu da elə köhnə qayda ilə davam edib. Camaat şikayəti günü-gündən artırdı. İndi də "iş təcrübəsi"ni adamları ilə birlikdə Sabirabada daşıyıb. İşlərini Elnur adlı ağxalatlı əlaltısı vasitəsi ilə düzüb qoşur. Məsələn, deyilənə görə Rasim Gözəlov adlı həkimi 30 min manat qarşılığında rayon poliklinikasına müdir qoyub. Rasim həkim əvvəllər VTEK deyilən əlilliyin təyin edildiyi agentlikdə işləyib. Saxta sənədlər verməkdə usta olub. Əmək Məcəlləsinin 70 c maddəsi ilə işdən azad olunub. İndi isə Həsən doktorun əsas kadrlarından biridir. Rasim gizli işləri, saxtalıqları Alıyev Cavanşir Cabbar oğlu ilə görür. Hər gün axşam işdən sonra Həsənə hesabat verilir. Hamısının da aylıq "hörmət" öhdəliyi var.
Tahir Mehdiyev adında adamı təcili yardıma müdir təyin edib. Tahir Sabirabadda patoloji ekspertizanın rəisi olub. Korrupsiya idarəsi tərəfindən saxlanılıb, 6 il iş alıb. O vax cavan katibəsi bədbaxt etdiyi barədə danışırlar.
Həsən Hüseynovun "ehtiyat cib"lərindən biri isə Saatlıdan gətirilmiş Raqib Əliyevdir. Deyirlər, xəstədən çox cibləri yoxlamağı yaxşı bacarır.
Həsən doktorun daha bir üsulunu da bilin. Əslində bu hallar tək Sabirabadda olmur. Xəstələri əvvəldən anlaşdıqları özəl klinikalara yönəldirlər. Göndərilən xəstə sayına uyğun olaraq geri ödəniş gəlir. Yəni cibdən cibə. Dövlət büdcəsini yan keçərək. Məsələn, Həsən doktor işini PHOTOMED klinikası ilə görür. MRT, KT üçün vətəndaşlara zəng edilir və israrla PHOTOMED klinikasına gəlmələri istənilir. Az qala məcbur edilirlər...Daha xəstəxana daxilində Həsən doktorun qoyduğu qiymətləri yazmıram. Yazsam, uzun bir siyahı çıxacaq. O da qalsın başqa yazıya.(Teref)
Sima Babayeva


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam