Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Yoxlamalar haqqında düşünəcəyik"

 
"Kənd Təsərrüfatı Nazirliyi və ya onun hansısa bir struktur bölmələrinin həyata keçirdiyi yoxlama xarakterli fəaliyyəti yoxlamalar kimi qiymətləndirilməməlidir".
 
Xeberinfo.com:   Məlumata görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün jurnalistlərə "sahibkarların yoxlanılmasının dayandırılmasına dair istisna edilən sahələr üzrə siyahıda Nazirliyin iki qurumunun olmaması" ilə bağlı sualı cavablandırarkən deyib:
 
"Bu, istər Dövlət Baytarlıq Nəzarəti Xidməti, istərsə də Dövlət Fitosanitar Nəzarəti Xidmətinin həyata keçirdiyi vəzifə fəaliyyətdir, yəni, o, birbaşa yoxlama deyil, müayinə, baxışdır. Qeyd edilən strukturların baxışı ayrı-ayrı fermerləri və ya firmaları deyil, konkret məhsulları əhatə edir. Məsələn, baytarlıq sahəsində həyata keçirilən nəzarət konkret baytarlıqla məşğul olan işçiləri və firmaları deyil, ət və ət məhsulları, süd və süd məhsullarına baxışı əhatə edir. Ona görə də yoxlama anlayışını bizim müayinə, baxış anlayışından fərqləndirməliyik. Bu tədbirlər Nazirliyin funksional vəzifəsinə uyğun olaraq aidiyyəti proseduralar daxilində həyata keçirilir ".
 
Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi xüsusi yoxlamalar həyata keçirmir və bunu planlaşdırmır. Lakin Nazirliyin daxili audit qurumu tərəfindən müəyən hallarda daxili strukturlarında yoxlamalar həyata keçilir:"Məsələn, 2014-cü ildə 6-7 yoxlama həyata keçirilib, onun 3-4-ü istintaq orqanlarına verilib. Bu yoxlamalar ətrafında da düşünəcəyik, onları minimuma endirməyə çalışacağıq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam