Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi -FOTOLAR

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi (FOTO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin İdarə Heyətinin sədrinə müşavir təyin edilib.
Yenixeber.org: Məlumata görə, nazir Sahil Babayevun müvafiq əmri ilə qurumun İdarə Heyətinin sədri Anar Bayramovun təqdimatı əsasında Bədəlov Asif Arif oğlu sözügedən vəzifəyə təyinat alıb. 
Ötən ilin avqust ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinə müşavir təyin olunan Hüseynzadə Həmid Vəli oğlu sözügedən vəzifəsindən azad edilib. 
Həmid Hüseynzadə
Qeyd edək ki, Asif Bədəlov "Ekvita Consulting" şirkətində Təşkilati inkişaf üzrə Direktor/Baş ekspert & Layihə rəhbəri vəzifəsində çalışıb. ƏƏSMN yanında DMX-nin sifarişi ilə 800-dən çox Peşə Kvalifikasiya Standartlarının hazırlanması Layihəsində, Məşğulluğa dəstək Layihəsində (SEP-1), BP-nin EDP (Müəssisələrin inkişafı Proqramı) çərçivəsində İRİE sisteminin qurulması layihələrində layihə rəhbəri olub. 
"Ekvita Consulting" MMC-nin rəhbəri İlqar Mehti Rəşid oğludur. Onun əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun qaynı olduğu deyilir. Mehdi İlqarın rəhbəri olduğu şirkət Dövlət Sosial Müdafiə Fonduna rüşvətxorluğa qarşı mübarizə, idarəetmə sistemlərində beynəlxalq standartın tətbiqi ilə bağlı məsləhət xidmətlərini də göstərib. 
Ümumilikdə şirkət nazirliyin bir sıra tenderlərinin də qalibi olub. 
İstisna edilmir ki, sözügedən təyinat da Asif Bədəlov ilə nazir müavinin qaynı arasında qohumluq əlaqələrindən irəli gəlir. 
Xatırladaq ki, Anar Bayramov özü də "A-Group" özəl sığorta şirkətinin İdarə Heyətinin sədri olub. İdarə Heyəti sədrinin müavinləri - Ramin Rzayev "Azeract Consulting" MMC-nin direktoru vəzifəsini tutub, Rəşad Məhərrəmov isə bir sıra özəl şirkətlərdə yüksək vəzifələrdə çalışıb. 
Qurumda rəhbər vəzifələrdə fəaliyyət göstərən əksər şəxslər özəl biznes qurumlardan təyinat alanlardır.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam