Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Ermənistan prezidenti bir cümlədə dörd dəfə yalan danışıb"

Azərbaycan Prezidenti: 'Ermənistan prezidenti bir cümlədə dörd dəfə yalan danışıb'

 

 

Xeberinfo.com:  “Çox məhdud sayda erməni diasporası ilə sıx biznes əlaqəsində olan bəzi satılmış jurnalistlər var, hansı ki, biz onların adlarını hamımız yaxşı bilirik. Bu auditoriyada onların adlarını çəkmək yerinə düşməz. 
Onlar çalışdılar ki, Azərbaycanı günahlandırsınlar və çalışdılar ki, aprel ayının əvvəlində baş verən döyüşləri ermənilərin qələbəsi kimi qələmə versinlər. Amma alınmadı. Çünki bizim də imkanlarımız var, biz də öz sözümüzü deyə bilirik. Hamı da bilir ki, nələr baş verir. Hər kəs bilir ki, aprel döyüşlərinin nəticəsi nədir”.
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxış edərkən deyib.
 
“Çox təəccüblüdür ki, Ermənistan rəhbərliyi bu situasiyada çalışır ki, dünyanı aldatsın. Həmçinin, ilk olaraq öz xalqını, daha sonra dünya ictimaiyyətini aldatsın. İndi isə gülünc vəziyyətə düşüblər. Deyirdilər ki, guya onlar heç bir torpaq itirməyib. Gah da deyirdilər ki, onlar əksinə, Azərbaycan torpaqlarını zəbt ediblər. Yaxud da qələbə qazandıqlarını deyirdilər. Bundan başqa, itirdikləri torpaqların onlar üçün əhəmiyyəti yoxdur, ancaq Azərbaycan həmin torpaqları geri qaytarsın. Əgər həmin torpaqların əhəmiyyəti yoxdursa, Azərbaycan niyə həmin torpaqları qaytarmalıdır?! Yəni, onlar tamamilə özlərini itiriblər”, - dövlət başçısı vurğulayıb.
Prezident bildirib ki, erməni tərəfi gülünc ifadələrlə özlərini ifşa edirlər: “Bunun son nümunəsini Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İttifaqının zirvə görüşündə ifadə etdi. Onun sözləri təxminən belə idi ki, Azərbaycan apreldə bu əməlləri edib, “Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bu cümlədə o, dörd dəfə yalan danışıb.
Bu dəfə də təkrar edirəm ki, aprel döyüşlərini ermənilər başladıb. Çünki Ermənistan tərəfi sülh istəmir. Onlara məsələnin sülh yolu ilə həll olunması ilə bağlı təzyiqlərin artdığını görəndə və bəyan edəndə ki, status-kvo dəyişdirilsin, bu mənada da onlar işğal etdikləri torpaqdan çıxmalıdırlar. Nəticədə ermənilər yenə də təxribatlara əl atırlar. Hətta aprel döyüşləri zamanı da onlar bizim mövqelərimizə hücumlar ediblər. Hətta təmas xəttində deyil, başqa istiqamətdə də, daima kəndləri atəşə tutublar. 2014-cü ildə də təxribata əl ataraq bizim mövqelərimizə hərbi helikopterlə hücum etmişdilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam