Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

İsmayıllının İstisu kəndinin yolu feodal dövründən qalıb -FOTOLAR

 Yenixeber.org: Redaksiyamıza İsmayıllı rayonu İstisu kəndinin bir qrup sakininin dövlət başçısına ünvanladığı müraciətin surəti daxil olub. Müraciətdə kəndin yol problemindən bəhs olunur.... 
"Biz bu müraciəti imza edən şəxslər İsmayıllı rayonu İstisu kənd sakinləriyik. İstisu İsmayıllı rayonundan 27 km aralıda yerləşən 4 tərəfi dağ çay və meşələr olan səfalı kənddir. Azərbaycanın dilbər guşəsi olan İstisu kəndinin yolu yoxdur indiyə kimi bu kəndə yol çəkilməyib. Bəlkə də Azərbaycanda ikinci belə bir kənd yoxdur ki, yolu olmasın. Yol feodal dövründə daşdan salınıb deyə üzərində nəinki avtomobilllə hətta piyada yermək çox çətindir. Bu səbəbdən əhali çox əziyyət çəkir. Kəndin 1500 dən çox əhalisi 400 yaxın təsərrüfatı var. Kəndin məktəbi qəzalı vəziyyətdədir, uşaq bağçası yoxdur. Ancaq biz sakinləri ən çox narahat edən problem yolun olmamasıdır. Kəndin əsas yolu cəmi 2 km uzunluğundadır.
Yolun olmamasına görə kəndə turistlər gələ bilmir. Ancaq İstisu bəlkədə təbiət gözəlliyinə görə Azərbaycanın gözüdür.Kəndin 4 tərəfi meşəli dağlardır çay axır yayda havası xoş və daima sərin olur. Kəndə yol çəkilərsə turistlər axın edəcək.
Bu barədə İsmayıllı rayon İcra Hakimiyyəti başçısına dəfələrlə müraciətlər etmişik ancaq hələ heç bir tədbir görülməyib. 
Cənab  İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın ən ucqar yaşayış məskənlərinə yollar çəkilib insanların rahatlığı təmin olunub. Ancaq çox təəssüf olsun ki, İstisu kəndinə nəzər salınmır.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən  xahiş edirik bərbad vəziyyətdə olmasını nəzərə alıb, İstisu kəndinə yol çəkliməsinə tapşırıqlar verəsiniz". 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam