Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

“Meduza” restoranında müştərilərə hörmətsizlik edilir -"...özlərini mafioz kimi aparırlar"

Bu barədə redaksiyamıza restoranda hörmətsizliklə qarşılaşdığını iddia edən müştərilər məlumat veriblər.

Yenixeber.org: Onlar bildiriblər ki, restoranda özbaşınalıq yaşanır və işçi kontingenti müştərilərlə olduqca kobud davranır: "Təsəvvür edin ki, restoranda bir dəstə adam var, özlərini mafioz kimi aparırlar. Özlərini elə aparlar ki, sanki müştərilər, xalq bunlara borcludur. Restoranda heç bir yazılı menyu təqdim edilmir, xidmətlər baha, bilinmir rəsmi qeydiyyat kimdədir, vergi verir, ya yox... Bunlar da cəhənnəm, adamları konkret hədələyirlər. Kimə arxayındırlar? Adamlar qanun-qayda hərləmirlər”.
Müştərilər deyirlər ki, vəziyyət o həddə çatıb burada növbəti "Relax” olayı baş verə bilər: "Lerikdə baş verən "Relax” olayı yadınızdadır, yəqin. İndi "Meduza”da da durum o həddə çatıb. Müştəri hələ sifariş verəndə belə qorxa-qorxa yaxınlaşır, o ki qaldı özbaşınalıqla üzləşəndə. Bu restoranda dəfələrlə kriminal olaylar baş verib, amma üstünü örtüblər. Hüseynbala Mirələmovun "Min bir gecə” restoranında da öz qohumu başqasını güllədi illər öncə. Həmin durum burada da təkrarlana bilər. Biz bununla bağlı dövlət qurumlarına da müraciət edəcəyik”, - şikayətçilər bildirib.
Ölkədə qida təhlükəzisliyi ilə bağlı hər hansı narahatlıq sezilmir. Nəzərə alsaq ki, dünya ölkələrinin çoxunda bu sahəylə bağlı xüsusi qurum, idarə fəaliyyət göstərir, Azərbaycanda məsələnin müzakirəsindən belə qaçılır. Çünki ölkəyə gətirilən yararsız məhsullara bir çox hallarda ciddi nəzarət yoxdur. Yerli istehsalçıların işinə də nəzarət zəifdir. Bu səbəbdən tez-tez kütləvi qida zəhərlənmələrinə şahidlik edirik. Qida zəhərlənmələrində restoran, sadlıq sarayı biznesinin xüsusi rolu var.
Çünki mağaza, marketdən yığışdırılan yararsız məhsullar bir çox hallarda restoranlarda rahat şəkildə insanlara sırınır.
“Meduza” restoranı Azərbaycan milli mətbəxini çox pis formaya salıb: “Kim harada, necə istəyir yemək reseptləri yaradır, güya yenilik edir. Bu gün “Meduza” restoranındakı “usta”həm aşbazlıq edir, həm də sağlamlıq kağızı olmadan işləyir. Bu restoranda yüzlərlə insana süfrə hazırlayan ofisiantdan tutmuş, aşbazadək hər hansı gigiyenik qaydaya əməl edilməsi sual altındadır. Restoran mətbəxində hansı qaydalarla (misal üçün,təmiz və çirkli əllə) süfrəyə gələn təamların taleyi məlum deyil. Bütün bunlara hər hansı nəzarət mexanizmi yoxdur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin(RGEM) problemlə mübarizəsi ürəkaçan deyil.
Bu qurum adı qeyd olunan restoranı xırdalığına qədər araşdırmır. Gigiyenik tələblərdən də söhbət gedə bilməz. Axı heç restoranda süfrəyə qoyulan və ya hazırlanan məhsulların çoxunun uyğunluq sertifikatı yoxdur. Tez-tez baş verən kütləvi qida zəhərlənmələri bunu sübut edir. Ört-basdır edilən zərərçəkənlərin sayı da ictimaiyyətdən gizlədilir. Halbuki, hələ illər əvvəl kulinariya polisinin olması və belə qurumun yaradılması barədə təklifi irəli sürülmüşdü. Təəssüf ki, ixtisaslaşdırılmış kulinariya məktəbinin yoxluğu da bu problemin həllinə maneə yaradır.” 
Hətta ərazidə yaşayan qonşular belə “Meduza”-nın fəaliyyətindəki nöqsanlardan və çatışmazlıqlardan danışırlar. Restoran rəhbərliyinin işçilərinə qarşı qeyri-insani rəftarı, işçilərinin hüquqlarını tapdalaması, işçilərin əmək haqlarını kəsməsi orada çalışanların ciddi narazılığına əsas yaradıb. Hətta baş verən məlum olaydan sonra müştərilərini itirən "Meduza" restoranı işçilərinin çoxunu işdən çıxarıb.
Qeyd edək ki, "Meduza" restoranında bir müddət öncə yaşanmış olay yəqin ki, çoxlarının yadından çıxmayıb. "Meduza" restoranının sahibi baş vermiş neqativ hadisəni "bağlaya" bilib. Restoran sahibinin belə bacarıq sərgisi qarşısında əraziyə nəzarət etməli olan inzibati orqanların nümayəndələri nədənsə "əriyiblər". Təəssüf ki, ailəvi istirahətə yararsızlığını kiçik və orta xuliqanlıqlarla, dava-dalaşla dəfələrlə təsdiqləmiş "Meduza"nın fəaliyyəti ilə bağlı araşdırmalar aparılmayıb.
Əldə etdiyimiz məlumata görə, sözügedən restoran qanunsuz işlərə yol verir. Restoranda baş verən dava-dalaşdan sonra müvafiq qurumlar tərəfindən heç bir tədbir görülmədiyindən restoran rəhbərliyi meydanı boş görüb at oynadır. Baş verən özbaşınalıqlar restoran rəhbərliyinin obyekti başlı-başına buraxmasının göstəricisidir.
Özbaşınalıq da çox hallarda daha pis hadisələrin baş verməsinə gətirib çıxarır. Rəhbərlik isə bu cür halları görməzlikdən gəlir. Ümumiyyətlə, ən pis hadisələr nəzarətsizlikdən doğur. Rəhbərlik bu cür hadisələrin baş verməsinə şərait yaradır.
Əgər restoranın rəhbəri işində məsuliyyət hiss etsə, işçilərinə vaxtlı-vaxtında nəzarət etsə, bu cür pis hadisələr yaşanmaz. Rəhbərlik restoranı və işçiləri özbaşına buraxıbsa və məlum olaylardan sonra da işinə qarşı laqeyd münasibət sərgiləyirsə, bu restoranda bundan da betər hadisələrin yaşanacağını deməyə əsas yaradır. Ona görə də baş verən arzuolunmaz hadisələrdən nəticə çıxarmayan restoran rəhbəri qanun qarşısında cavab verməli və rəhbərlik etdiyi istirahət mərkəzinin fəaliyyəti dayandırılmalıdır. Əgər bunlar baş verməzsə, bu restoran rəhbərliyinin məsuliyyətsizliyi üzündən hələ çox insanlar ziyan çəkəcəklər. Hələ üstəlik də əcnəbiləri ora cəlb etməklə özlərini biabır etmək niyyətindədirlər.
“Meduza” restoranı həmçinin nəqliyyatın hərəkətinə mane olacaq addım atır. Adını açıqlamaq istəməyən sürücülərdən biri danışarkən bildirib ki, restoran həmin küçədə sıxlığın yaranmasına səbəb olur: “Hər gün bu yoldan istifadə edirəm. Restoran olan hissə maşınlar düzəməlli hərəkət edə bilmir. Obyektin qarşısında dayanan avtomobillər yolun bir tərəfin bağlayır. Onsuz da küçə dardır. Yolun sağı ilə gedən avtomobillər məcburiyyətdən sola çıxır. Biri digərindən yol istəyir. Buna görə də küçə yüklənir və sıxlıq, həmçinin tıxac yaranır. Bəzən bunlara görə qəza da olur. Yüngül qəzalar olsa da, maddi ziyan dəyir”.
Saytımıza müraciət edən şəxs bu vəziyyətin tezliklə aradan qalxmasını istəyir. O deyir ki, digər sürücülər də mövcud durumdan narazıdırlar.(Azerbaycanreallığı)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam