Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Binəqədi gənclərinin daha bir layihəsi uğurla sonuclandı

 

“Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsi uğurla başa çatdı

 

"Xeberinfo.com":   Məlumata görə, 2-7 sentyabr 2015-ci il tarixində “Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsi keçirildi.

Layihədə iştirak etmək üçün Binəqədi rayonunda yaşayan, oxuyan və işləyən 300-ə yaxın gənc ərizə ilə müraciət etdi, müsahibə mərhələsinə dəvət olunan 180 gəncdən yalnız 35 nəfər layihədə iştirak hüququ qazandı.

İlk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edən layihə iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinə səfər etdilər və “Parlaq Zəka” oyunlarının çəkilişlərində iştirak etdilər. 

Layihə müddətində Binəqədi Rayon Gənclər və İdman İdarəsi ilə Şəmkir Rayon Gənclər və İdman İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalandı.

İştirakçılar təlimçi Əligül Ağayevin təqdimatında “Şəxsi və işgüzar imicin yaradılması”, “Mühitə uyğunlaşma”, “Natiqlik bacarığının gücləndirilməsi”, “Layihə yazılması”, “Liderlik” təlimlərində iştirak etdilər.

Layihə çərçivəsində gənclər Şəmkir rayonunda “Şərq ulduzu” şərab zavodu, “S-buket” gül istixanası, “Natura” su zavodu, çörək zavodu və bir sıra tarixi əhəmiyyətli abidələrlə tanış oldular.

Layihə iştirakçıları eyni zamanda Gədəbəy rayonuna səfər etdilər, Aşıqlar Evi ilə tanış oldular. Binəqədi Rayon Gənclər və İdman İdarəsi ilə Gədəbəy Rayon Gənclər və İdman İdarəsi arasında əməkdaşlıq Memorandumu imzalandı. Daha sonra gənclər Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovla görüşdülər.

Layihənin bağlanış mərasimi 6 sentyabr tarixində Şəmkir şəhərində baş tutdu. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva iştirak etdilər.

 

Tədbir Binəqədi və Şəmkir gənclərinin hazırladığı konsert proqramı ilə davam etdi. Sonda, atəşfəşanlıq tədbir iştirakçıları tərəfindən maraqla izləndi.

















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam