Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir:"Əhalinin artımı məşğulluğun genişləndirilməsi ilə bağlı qarşıya ciddi tələblər qoyur"

"Azərbaycanda məşğulluq, insan resursları ilə bağlı geniş müzakirələr yaranıb. Yeni çağırışların həlli istiqamətində birgə çıxış yolları müəyyənləşdirməliyik".

Yenixeber.org: Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində çıxışı zamanı deyib.

Nazir Azərbaycanın ötən dövrdə böyük inkişaf yolu keçdiyini xatırladıb: "Ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir, güclü ordusu var, beynəlxalq arenada öz sözünü deyə bilən dövlətə çevrilmişik. Son 5 ildə 4 milyon insanı əhatə edən sosial layihələr həyata keçirilib".

S.Babayev vurğulayıb ki, sosial layihələr üçün dövlət büdcəsindən ayrılan 7 milyard manata yaxın vəsait məşğulluq, sosial və əmək məsələlərinə yönəldilib: "İnzibati idarəçilikdə də dəyişikliklər həyata keçirilib. Qarşıda duran çağırışlar heç də azalmayıb, əksinə artıb. Əhalinin artımı məşğulluğun genişləndirilməsi ilə bağlı qarşıya ciddi tələblər qoyur. Gənclərin məşğulluqla təmin edilməsi üçün özəl və dövlət sektoru tərəfindən işlər görülür".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam