Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Rusiya istehsalı alkoqollu içkilərlə bağlı əhaliyə MÜRACİƏT

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyasında istehsal edilən “Sidr” və “Mister Sidr” nişanlı alkoqollu içki məhsulları ilə bağlı əhaliyə müraciət edib.
Yenixeber.org: AQTA-nın yaydığı müraciətdə bildirilir ki, kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Rusiyanın Ulyanovsk vilayətində surroqat sidrdən (spirt əvəzedicisi) zəhərlənmə nəticəsində 30 nəfər həyatını itirib:
"Rusiyanın səlahiyyətli orqanları tərəfindən aparılan araşdırma nəticəsində zəhərlənmə hadisəsinə Samara şəhərində istehsal edilən “Mister Sidr” nişanlı alkoqollu içkinin səbəb olduğu aşkarlanıb.
Bəyan edirik ki, Agentlik fəaliyyətə başladığı dövrdən indiyədək adıçəkilən alkoqollu içki məhsulu Azərbaycana idxal edilməyib. Həmçinin ötən dövrdə aparılan nəzarət tədbirləri zamanı ölkə ərazisində həmin məhsulun satışı hallarına rast gəlinməyib. Bununla belə, AQTA Rusiyadan ölkəmizə gələn Azərbaycan vətəndaşlarına və əcnəbi qonaqlara müraciət ünvanlayaraq bildirir ki, “Sidr” və “Mister Sidr” nişanlı alkoqollu içki məhsullarını şəxsi istehlak üçün əl yükündə gətiriblərsə, həmin içkilərin istehlakından imtina etsinlər. Eyni zamanda, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam