Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Bu il 57 uşaq övladlığa verilib

Cari ilin ötən dövrü ərzində 57 uşaq övladlığa verilib. 2019-cu il noyabrın 1-dən indiyədək 420 uşaq övladlığa götürülüb. Onlardan 212 nəfəri oğlan, 208 nəfəri isə qızlardır. Uşaqlardan 242 nəfəri öz qohumu tərəfindən övladlığa götürülüb. 

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onların yaşadıqları ailələrdəki vəziyyətin öyrənilməsi üçün monitorinqlər aparılır. 

Görülən reinteqrasiya tədbirləri nəticəsində 2022-ci ilin noyabr ayından bu günədək 75 uşaq isə öz ailəsinə qaytarılıb. 

Qeyd edək ki, övladlığagötürmə üzrə idarəetməni 2019-cu il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Bu sahədə yeni idarəetmə modeli yaradılmaqla xidmətlərin elektronlaşdırılması, şəffaf və çevik xidmətlər sisteminin qurulması təmin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam