Redaktor seçimi
Günün xəbəri

Bu il evlənənlər və boşananların SAYI

Azərbaycanda cari ilin birinci rübü üçün nikah və boşanmaların sayı açıqlanıb. 

Yenixeber.org: Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.  

Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11870 nikah və 5118 boşanma halları qeydə alınıb. 

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,7- yə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,0-a qədər artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam