Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Nar” dan yeni xidmət:“İmzalı zəng”

“Nar”, abunəçiləri üçün zənglərə şəxsi imzasını qoymağa imkanı verən yeni “İmzalı zəng” xidmətini təqdim edib. Belə ki, sizin zənginizi qəbul edən şəxs nömrəniz ilə yanaşı, təyin etdiyiniz mətni yəni, imzanızı da görə bilir. Beləliklə, kim olduğunuz və nə üçün zəng etdiyiniz dərhal anlaşılır.

Yenixeber.org: “İmzalı zəng” xidmətinə qoşulmaq üçün abunəçilər 5111 nömrəsinə SMS vasitəsilə START yaza və ya *511#YES şifrəsini yığıb açılan meynuda 1 yazaraq abunəliklərini təsdiqləyə bilərlər.

Korporativ tariflər üçün “İmzalı zəng” xidmətinin aylıq abunə haqqı 1,99 AZN, öncədən ödənişli tariflər üçün isə gündəlik istifadə haqqı 0,10 AZN təşkil edir. Həmçinin, qeyd edilən xidməti sınaq müddətində yoxlamaq imkanı da var: korporativ abunəçilər 30 gün, fərdi istifadəçilər isə 3 gün pulsuz istifadə edə bilərlər.  “İmzalı zəng” xidməti haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Qeyd edək ki, “Nar” müştəriyönümlülük siyasətinə sadiq qalaraq, abunəçilərinə hər zaman innovativ xidmətlər təqdim edir. Mobil operatorun bütün məhsulları haqqında nar.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam