Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

"Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ağır xəstəlikdən əziyət çəkir..." -Ramiz Zeynalov Hardadır...? -

Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974–1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.
Yenixeber.org: 2019-cu ildən etibarən dünyada yayılan kütləvi xəstəliyin mənbəyi olan Covid -19 xəstəliyinin yayılmasından sonra Ramiz Zeynalovu gördüm deyən olmadı. Məsələnin tam sorğusunu apardığımız zaman yaxınları tərəfindən məhz R.Zeynalovun 3 ildir ki, ağır xəstəlikdən əziyyət çəkməsi və ölkədə olmadığı məlumatını aldıq. Lakin məsələnin tam dəqiq belə olub-olmamasına etibar etməyərək araşdırmamızı davam etdiririk. Bir neçə yaxınlarından eyni məlumatı eşitsəkdə tam əminliklə məslənin bu cür olmasını deyə bilmirik.
Əslində isə DYP-də aparılan islahatlardan da görünür ki, R.Zeynalovun sevimli kadrlarının vurulması və rəisin xoşlamadığı şəxslərin postlara gətirilməsi Ramiz Zeynalov hökmünün keçmədiyindən xəbər verir. Ulutv.info-un əldə etdiyi məlumata görə, illərdir Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir lakin hələdə onun razılığı olmadan hansısa kadrların dəyişdirilməsinə qərar verilməyib. Lakin aparılan son islahatlar onun həqiqətəndə vəzifəsini icra edə bilməməsindən xəbər verir desək yanılmarıq. Hazırda Baş Dövlət Yol Polisi İdarəsində də apardığımız sorğudan Ramiz Zeynalovu son aylarda görən olmadığının qulaq şahidi olduq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hər zaman hazırıq.
Məsələ ilə bağlı araşdırmamız davam edir.(ulutv.info)
Bizi izləməyi unutmayın.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam