Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Hər il, yeni il vaxtı, tv-lərdə verilən məşhur bir sovet filmi var:"Həmişə təmizlikdə və ya qəribə təsadüf" - VİDEO

 3 saatlıq bu dram filmi, çox maraqlı senariya malik və yüksək səviyyədə çəkilmiş kinodur. Filmə baxdıqdan sonra, insan, istər-istəməz kövrəlir, hətta film, ilk saatından etibarən insanı dərin təsiri altına alır.

Yenixeber.org: Filmin məzmunu təxminən belədir; nişanlı bir kişi, dostlarıyla yeni il qabağı əyləncəyə qapılıb, sərxoş olur və sonda, evə qayıtmaq istəyərkən, özünü tamam başqa təyyarə reysində bulur, başqa şəhərə gedir. Öz şəhərinin bina və ev ünvanına gələn “hallı qəhrəmanımız”, təbii ki, başqasının evinin zəngini basır. Bütün olanlar da elə bundan sonra olur…

Bir neçə saat içində, baş verən “qeyri-adi”, “mistik”, “izaholunmaz” proseslərin sonunda, nişanlı kişi və ərli bir qadın, “doğru sevgisini” tapır.

İlk baxışda, adi, normal və məsum görünən bu film və sujet xətti, insanlara zövq, əyləncə və xoş dəqiqələr bəxş edir və izləyicilər, sevginin vüsala çatmasının təntənəsinə sevinirlər.

Amma... Amması budur ki, bu film, eynilə "Titanik" filmi kimi, insanların beyninə yeridir ki sevgi, təsadüfi bir şeydir, şüursuz bir şeydir, insanın özündən asılı deyil!....

Bax bu, çox təhlükəli və çox pisdir!.... Niyə? Çünki insanlar, sevgini, təsadüfi hesab edirsə, deməli oturub sevgini, yəni möcüzəni gözləyəcəklər; sevgi və ailə işini, taleyin axarına buraxacaqlar!....

Bu cür filmlərdən, xüsusən qadınlar, çox təsirlənirlər və beyinlərindəki "ağ atlı oğlan" obrazı, daha da güclənir.

Beləliklə nə baş verir? Bir qıza, yüzlərlə elçi gəlir və qız da, hamsına “yox” deyib, nağıldakı qəhrəmanını gözləyir! Nağıldakı qəhrəman da heç vaxt gəlmədiyinə görə qız ya heç evlənmir, ya çox gec evlənir, ya da nağıldakı obraza ən uyğun şəxslə evlənir.... O obrazdakı aldadıcı zahiri xüsusiyyətlər-yaraşıq, etika, savad, var-dövlət, onu aldadır....
Beləliklə də qız, özü də nə istədiyini bilmədiyi üçün, oğlanın daxilinə deyil, xaricinə fikir verdiyi üçün, daxillə və reallıqla qarşılaşanda, şoka girir və boşanmaq istəyir!...

Hətta oğlanın daxili, pis olmayanda da, qız, şok girə bilir; çünki axı qız, ideal axtarırdı!...

İndiki dövrün xanımlarına xüsusi başa salmaq lazımdır ki, ağ atlı oğlan, real həyatda olmur, ümumiyyətlə ideal insan yoxdur, varsa da ona sən lazım deyilsən... Bir oğlan idealdırsa, zatən o səni deyil, özü kimi ideal insanı axtaracaqdır...

Sizə qəribə gələcək, amma mənim fikrimcə hətta məktəblərdə, universitetlərdə, xüsusi dərs keçilməlidir-sevgi dərsi. İnsanlara anladılmalıdır; sevginin, filmlərdəkindən, romanlardakından çox fərqli bir anlayış olması anladılmalıdır. Sevginin, insanın özündən asılı olan bir şey olduğu, başa salınmalıdır. Xəyaldakı obrazın, realda mövcud olmadığı, başa salınmalıdır. Xüsusən qızlara, aza qane olmaları anladılmalıdır.

Yoxsa milyonlarla ailə, qurulmamış qalacaqdır və milyonlarla ailə, dağılmış olacaqdır....Necə ki, elə indinin özündə, bu proses, getməkdədir, təəssüf ki...

“Təhsil Araşdırmalar Mərkəzi” olaraq, biz, bu tip ziyanlı filmlərə baxmaqdan insanları çəkinməyə çağırırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam