Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Kürdəmirdə şəhid polis əməkdaşının xatirəsinə tikilmiş bulaq kompleksi yenidən qurulub 

 
Ötən əsrin 90-cı illərinin əvvəllərində erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzü zamanı torpaqlarımızın azadlığı uğrunda mərdliklə döyüşlərə qatılan və vətəni üçün canından keçən igidlərdən biri də Hamlet Həsənov olub. Hər bir vətənpərvər oğul kimi erməni yaraqlılarına qarşı mərdliklə vuruşan polis əməkdaşının xatirəsi hər zaman qəlblərdə yaşayıb və şəhidlik zirvəsinə ucaldıqdan bir müddət sonra onun adına Kürdəmir rayonunda bulaq kompleksi inşa edilib. Lakin uzun illər keçməsinə görə kompleks korroziyaya uğrayaraq baxımsız hala düşüb. Bir müddət öncə isə Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən bulağın yenidən bərpa olunması istiqamətində işlərə başlanılıb.
Yenixeber.org: Bu gün isə şəhid polis əməkdaşı Hamlet Həsənovun adına ucaldılmış bulaq kompleksinin əsaslı təmirdən sonra yerinə açılışı olub. Tədbirdə Kürdəmir Rayon Polis Şöbəsinin rəhbərliyi və şöbənin kollektivi, şəhidin ailə üzvləri, Vətən Müharibəsi iştirakçıları, polis veteranları və rayon ictimaiyyəti iştirak ediblər. 
Tədbirdə çıxış edənlər igid oğullarımız vətən uğrunda mərdliklə döyüşmələrindən qürurla danışıblar. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan oğullarımızın xatirəsi daim yaddaşlarda qalacaq. Qeyd olunub ki, keçən əsrin 90-cı illərində mənfur düşmən tərəfindən ərazilərimizin bir qismi işğal altına düşmüşdü. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uzun illərdən sonra düşmən üzərində böyük qələbəni qazandı və bununla da ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Şəhidlərimizin qanı yerdə qalmadı.
Tədbirdə iştirak edən şəhid polis əməkdaşının doğmaları şəhidin xatirəsini əziz tutduqlarına görə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarına dövlət dərin minnətdarlıqlarını bildirirlər.
Şəhid polis Hamlet Həsənov 1966-cı ildə Füzulinin Mirzəcamallı kəndində dünyaya göz açıb. Orta məktəbi Aybatanlı kəndində bitirib. 1982-ci ildə Bakıda texnikuma daxil olub. Hərbi xidmətini başa vurduqdan sonra 1988-ci ildə Kürdəmir RPŞ-də xidmətə başlayıb. 1993-cü ildə torpaqlarımızın müdafiəsi zamanı qəhrəmancasına şəhid olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam