Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

AMT klinikasına yazılan protokol da yoxa çıxdı -Rəsmi sənədləri kim saxtalaşdrır?

Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi 60 ünvanında yerləşən “AMT-İNVEST” MMC-yə məxsus “AMT” klinikası fəaliyyətində yol verdiyi nöqsana görə inzibati xəta haqqında protokol tərtib edilib. Amma sonradan həmin klinika məsuliyyətdən azad edilib.

Yenixeber.org: Adıçəkilən klinikada yoxlama zamanı sertifikasiya olmadığına görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilib. Protokol Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsinin Tibbi Nəzarət şöbəsinin müdiri Fazil Hüseynbəyov tərəfindən imzalanıb.

Lakin sonradan inzibati xəta haqqında protokol korlanmış kimi qeyd olunaraq yeni akt tərtib edilib. Həmin aktda “AMT” klinikasında inzibati xəta hadisəsinin olmaması qeyd edilib.

Yəni, bir yoxlama ilə əlaqədar iki akt tərtib edilib. Bu azmış kimi Ədliyyə Nazirliyinin Reyestr Xidmətinə yanlış məlumat verilərək “AMT” klinikası barəsində inzibati xəta ilə bağlı protokol yazılmadığı bildirilib və saxta məlumat reyesterə daxil edilib.

Bu qanun pozuntusunun aşkara çıxarılması xüsusi istintaq araşdırması tələb edir. Klinika barəsində tərtib edilən inzibati xəta haqqında protokolun əslinin harda olması müəyyən edilməlidir. Çünki inzibati xəta haqqında protokol ciddi hesabat sənədi hesab olunur və hər biri xüsusi nömrə ilə Maliyyə Nazirliyinin sifarişi ilə çap edilir.
Qeyd edək ki, bununla bağlı Baş Prokurorluğa müraciət edilib.

Onu da xatırladaq ki, bir müddət əvvəl oxşar hadisə barədə xəbər vermişdik. Yasamal rayonu, Lev Tolstoy küçəsi 137 ünvanında yerləşən “Dəniz Diş” MMC-yə məxsus stomatoloji müəssisə fəaliyyətində yol verdiyi nöqsana görə inzibati xəta haqqında protokol tərtib edilib, amma sonradan həmin klinika da məsuliyyətdən azad edilib.(musavat)

İlkin Muradov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam