Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Turizm şirkətlərindən təkzib: AZAL biletləri ucuzlaşdırmayıb

 

AZAL-ın Bakı-İstanbul reysinin qiymətinin ucuzlaşdırması ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, biletlərin qiyməti 90 manata endirilib.

"Xeberinfo.com":   Məlumata görə, AzVision.az-ın turizim şirkətləri ilə apardığı qısa sorğudan məlum olub ki, aviabiletlərin qiymətində heç bir ucuzlaşma yoxdur. 

“Miracle Travel” şirkətindən bildirdilər ki, Türkiyə istiqamətində uçuşlarda heç bir endirim edilməyib. Hazırda gediş-gəliş biletinin qiyməti 330 manatdır. 

“Aerobus” MMC” turizm şirkətindən isə qeyd etdilər ki, artıq bununla bağlı çoxsaylı zənglər gəlir. Amma hələ ki, təyyarə biletlərində endirimlər yoxdur. Qiymətlər 335 manat təşkil edir.

Zəng etdiyimiz növbəti turizim şirkəti isə “Freestyle Safari” oldu. Şirkətin satış üzrə meneceri bizə hələlik bilet almamağı tövsiyyə etdi. Onun sözlərinə görə, hazırda gediş-gəliş biletinin qiyməti 300 manatdır. Amma yaxın vaxtlarda endirimlərin olacağı gözlənilir. 

“Sky-life Travel”-də isə Bakı-İstanbul reysindəki endirimlərin turistin istirahət tarixindən asılı olduğunu bildirdilər: “Endirimlər istirahəti hansı tarixdə götürməyinizdən asılıdır”-deyə şirkətdən qeyd etdilər. 

Hazırda ikitərəfli bileti müştərilərə 250 manata təklif edən “Sputnik Travel” MMC-dən yaxın günlərdə Bakı-İstanbul reysində biletlərin ucuzlaşacağını bildirdilər. 

“Millennium Tourism” şirkətinin satış meneceri də biletlərin qiymətində ucuzlaşma olacağını təsdiqlədi: “Hazırda gediş-dönüş biletinin qiyməti 347 manatdır. Amma biletlərin ucuzlaşacağı gözlənilir. Hələ ki, qərar verilməyib. Amma biletlərin ucuzlaşması ilə bağlı xəbər yayılandan sonra hər kəs zəng edərək Bakı-İstanbul reysinə aviabiletlərin qiyməti ilə maraqlanır”. 

AZAL-ın vitse-prezident Sabir İlyasov bu gün mətbuatda yayılmış Bakı-İstanbul aviareysinin qiymətinin 90 manata endirilməsi ilə bağlı xəbərin doğru olmadığını bildirib: “Hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam