Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Nəcməddin Sadıqovun oğlu günahsızdır”

 

“Əgər Nəcməddin Sadıxovun oğlunun günahı olsaydı, onu da digər generalların övladları kimi cəzalandırardılar. Bu söhbətdə onun təqsiri olmayıb. Hadisə yol polisinin xoşagəlməyən davranışları nəticəsində baş verib”. 

"Xeberinfo.com":  Məlumata görə, bunu azvision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib. 

O, Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıqovun oğlu Məmməd Sadıqovu qayda pozuntusuna görə saxladığı üçün yol polisi Cavanşir Lətif oğlu Qasımovun işdən qovulması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib. 

Hüquq müdafiəçisi məsələ ilə əlaqədar aidiyyatlı orqanlarla əlaqə saxladığını bildirib: “Bir neçə gün öncə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladım. Mənə bildirdilər ki, Dövlət Yol Polisi əməkdaşı sürücü ilə münasibətdə çox ciddi nöqsanlara yol verdiyinə görə, polis orqanlarından xaric edilib. Lakin təqaüd vaxtı olduğuna görə, təqaüdə göndərilib. 

Fikrimcə Dövlət Yol Polisinin əməkdaşlarının hamsını bu cür adlandırmaq olmaz. Yol polisində mənim dostlarım, qohumlarım da işləyirlər. Vicdalı, dövlətə və dövlətçiliyə qulluq edən polis əməkdaşları da var. 
Mən tam məsuliyyətimlə deyirəm ki, Dövlət Yol Polisinin əməkdaşlarının fəaliyyəti olmasa, sürücülər bir-birlərini məhv edərlər. Bu hadisədə də Məmməd Sadıqovun heç bir günahı olmayıb. Onu təxribata çəkiblər. Dövlət vəzifəli bir adamla bağlı mətbuatda bu cür yazıların yazılması çox xoşa gəlməz bir haldır. Bu düzgün deyil. Məmməd Sadıqovu günahı olmadığı üçün də cəzalandırmayıblar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam