Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Öz polisini qoruya bilməyən Ramil Usubova Açıq Məktub...

 

"Xeberinfo.com":   Məlumata görə, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüsüeynzadə daxili işlər naziri Ramil Usubova Açıq Məktubla müraciət edib:

"Bu gün müdafiə nazirinin birinci müavini, silahlı qüvvələrin baş qərargah rəisi Nəcməddin Sadıqovun Bakı Şəhər Vergilər Deprtamentinin rəisi müavini işləyən oğlu Məmməd Sadıqovun avtoxuliqanlıq etməsi azmış kimi, onu saxladan polisi təhqir etməsinə baxmayaraq DİN rəhbərliyinin, şəxsən Ramil Usubovun atdığı addımdan çox ciddi məyusluq hiss keçirdiyimdən hörmətli nazirə müraciət etmək zorunda qaldım. 
 
Hörmətli Ramil müəllim!
Cəmisi bir həftə bundan öncə Azərbaycan polisi öz peşə bayramını qeyd etdi. Amma deyəsən, bu ilki iyul ayı nə Azərbaycan polisinə düşdü, nə polisin fəaliyyətini izləyən cəmiyyətə. Axı bir həftə ərzində iki polis cəzalandırıldı, bir polis zabiti Əmlak Məsələləri Dövlət Komitəsi sədri Kərəm Həsənovu tanımadığına görə, bir də Nəcməddin Sadıqovun oğlunun avtomobilini saxlatdırdığına görə. Mən bir neçə il öncə Milli Məclisdə millət vəkili Aqil Abbasın "vaxt gələcək polislərin hüquqlarının müdafiəsi komitəsi yaradılacaq" proqnozunu xatırladım. Bəli, həmin gün gəldi. Düşünürəm ki, Aqil Abbas gerçəkdən də bu fikrin müəllifi olduğuna və proqnozu düz çıxdığına görə onun tam haqqı var ki, belə bir komitəni təsis etsin və bu istiqamətdə fəaliyyət başlasın. Çünki belə getsə, Azərbaycan polisinin cəmiyyətdəki nüfuzu heçə enəcək. Hörmətli Ramil müəllim, Cavanşir Qaasdımovun fikirləriylə tanış olduqdan sonra doğrusu, özümə yer tapa bilmədim və sizin öz polisinizi qoruya bilməməyinizdən aşırı pərtlik hissi keçirdim:
“Sonra rəisimiz mənə dedi ki, sən neyləmisən, onun nömrəsinə baxmırsan ki? Niyə saxlamısan axı onu? Dedim ki, o vətəndaşdır, qayda pozuntusuna yol verib, mən də borcumu yerinə yetirib saxlamışam. Mənim kimi dövlətə, dövlətçiliyə sadiq, işinə məsuliyyətli və vicdanlı polisi işdən çıxardılar. Məcburiyyət qarşısında qalıb təqaüdə çıxdım. Vəzifəli şəxsin oğluyla nə mən bacardım, nə də qanun. Onun atası generaldır, mənim atam isə 2-ci qrup böyük vətən müharibəsi əlili. Mən nə edə bilərəm? Əlacım ona qaldı ki, ərizəmi yazıb təqaüdə çıxım”. 
Hörmətli Ramil müəllim!
Ümid edirəm ki, bu, polisin məmurlar qarşısındakı son acizliyi olacaq və onun qürurunu qorumalı olan siz belə halların təkrarlanmasına imkan verməyəcəksiniz."

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam