Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Eynicinslilərin nikahına icazə verilə bilməz"

 

"Azərbaycanda Avropa və Amerikada olduğu kimi eynicinsli insanların nikahına heç zaman icazə verilə bilməz".

 

"Xeberinfo.com":   Məlumata görə, bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibin müavini Mübariz Qurbanlı deyib.
 
Mübariz Qurbanlı qeyd edib ki, düzdür, Azərbaycan multikultural və tolerant ölkədir. Bu baxımdan o, bütün dünyaya nümunə ola bilər. Amma tolerantlığın da bir sərhədi var və bəzi məsələlərdə o sərhədi aşmaq olmaz: "Demokratiyanın tərifində deyildiyi kimi, mənim tolerantlığım sizin tolerantlığınızın sərhədində bitməlidir. Tolerantlıq öz mövqeyindən imtina etmək deyil. İndi tolerantıq deyə Avropada, Amerikada bəşəriyyət əleyhinə, Allah əleyhinə, insanlıq əleyhinə olan hərəkətləri bizdə təkrar etməliyikmi? Məsələn, eynicinslilərin nikahına biz də icazə verməliyikmi? Biz də bunu təkrar etməliyikmi? Xeyr, etməməliyik! Heç vaxt etməməliyik! Biz tolerantlıq ola bilərik, amma onun da bir yerə qədər sərhəddi var".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam