Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Onlar üçün qapımız bağlıdır“

 

"Azərbaycan dini tolerantlığa görə dünyada öndə gedən ölkələrdən biridir. Bizdə multikulturalizm və dini tolerantlıq sahəsində çox böyük təcrübə əldə edilib. Bunu artıq beynəlxalq təşkilatlar da deyir"

"Xeberinfo.com":  Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.
DQİDK sədrinin sözlərinə görə, həmçinin bu amili dini məsələlərlə əlaqədar bu və ya digər hesabatlar yayan təşkilatlar da deyib: "Ona görə də hansısa qruplar bizim əleyhimizə hansısa fikirlər söyləyirsə bu, həqiqətə söykənmir".
Xristian təriqətlərinin bəzi cərəyanlarının Azərbaycanda yayılmasına gəlincə deyə bilərəm ki, xristian kilsəsinin özünün qəbul etdiyi və klassik xristian ölkələrində mövcud olan təriqətlərin Azərbaycanda heç bir problemi yoxdur: 
"Azərbaycanda provoslav, katolik, lüteran kilsəsi var və onlar azad şəkildə fəaliyyət göstərirlər. Əgər xristian kilsəsinin özünün inkar etdiyi bu və ya digər xristian təriqətlər varsa, onlar Azərbaycanda gəlib qeyri-qanuni fəaliyyət göstərmək istəyirlərsə əlbəttə ki, bu yol verilən deyil. Əgər hansısa bir xristian cərəyanı İtaliya, Fransa, Böyük Britaniya kimi ölkələrdə yayıla bilmirsə Azərbaycan qapılarını buna aça bilməz. Biz sadəcə olaraq iqtisadi cəhətdən açıq qapı elan etmişik. Mənəvi cəhətdən isə qapılarımız bağlıdır. Biz tolerantlıq elan etmişik amma tolerantlığımız milli-mənəvi dəyərlərimizin hansısa formada inkarı deyil. Milli-mənəvi dəyərlərimizdən biz bir millimetr də geri çəkilməyəcəyik. Tolerantlıq adı ilə milli-mənəvi dəyərlərimizə kimsə müdaxilə edəcəksə, biz onun qarşısını alacayıq".(azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam